Vergi konfrasında banklara ciddi irad

Vergi konfrasında banklara ciddi irad

"Burada bankların rəhbərləri oturub.... Ondan soruşan yoxdur ki, bu pulun mənbəyi haradır?"
 
"Düşünürəm ki, fiskal vergi yükünə yenidən baxılmalıdır. Xüsusən də, kiçik sahibkarların vergi yükü çox ağırdır". Fins.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər. Şəffadlıq. İnkişaf" adlı konfransda çıxış edən Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) prezidenti Nuran Kərimov deyib.
 
N.Kərimov qeyd edib ki, vergi ödəyicisi ödədiyi verginin təsirini hiss etməlidir. "AmCham" rəsmisi həmçinin "çirkli pullar"ın yuyulmasına qarşı mübarizədə digər qurumların da müəyyən addımlar atmalı olduğunu deyib: "Burada bankların rəhbərləri oturub. Mən onlara müraciət edirəm. Hansısa biznesmen gətirib banka 500 min, yaxud 1 mln. manat pul qoyur. Ondan soruşan yoxdur ki, bu pulun mənbəyi haradır?"
 

0 Komment

    Şərh yazın

    Xəbərlər