SADƏLƏŞDİRİLMİŞ VERGİ BƏYANNAMƏSİNDƏ Elektron qaimə-faktura ilə bağlı VACİB MƏQAM

SADƏLƏŞDİRİLMİŞ VERGİ BƏYANNAMƏSİNDƏ Elektron qaimə-faktura ilə bağlı VACİB MƏQAM

Bəyannaməndə Rüb ərzində cəmi məbləğ 1-ci aydakı məbləğdan az ola bilər?
 
Sual: Sadələşdirilmiş vergi ödəyicisiyəm. 01.01.2018 tarixdən elektron qaimə-faktura tətbiqi ilə bağlı 2018-ci il yanvar ayında xidmətə görə, məsələn, 1000 manat elektron qaimə-faktura göndərmişəm. Bizə pul vəsaiti hissə-hissə fevral - 300 manat, mart - 300 manat, və aprel в– 400 manat daxil olacaq. 
1. Bilmək istəyirəm ki, rüblük hesabatda 1-ci ay üçün 0 göstərilməlidir və ya 1.000 manat? 
2. Pul vəsaiti hesaba daxil olduqdan sonra neçə gün ərzində elektron qaimə-faktura göndərə bilərik.
Bəxtiyar Həmidov, [email protected] (30.01.2018)
Cavab: Bildiririk ki, müvafiq bəyannamənin 801-ci  sətrində “1.000”, 804-cü sətrində isə “600” rəqəmi göstərilməlidir
 
Bax: Vergilər nazirinin 16 oktyabr 2017-ci il tarixli əmri ilə təsdiq edilmiş ““Sadələşdirilmiş verginin bəyannaməsi”nin tərtib edilməsi Qaydası”.
 
2. Cavab: Bildiririk ki, “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən ilkin uçot sənədi olan elektron qaimə-faktura bu vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına mal (iş, xidmət) təqdim edilən vaxt verilir.
 
Bax: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

0 Komment

    Şərh yazın

    Xəbərlər