Vergilər Nazirliyindən Elektron qaimə-fakturanın maliyyə sanksiyası ilə bağlı AÇIQLAMA

Vergilər Nazirliyindən Elektron qaimə-fakturanın maliyyə sanksiyası ilə bağlı AÇIQLAMA

Burda satıcı ya alıcıya maliyyə sanksiyası tətbiq olunur? 
 
Sual: Vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturadan ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 1. Burda satıcı ya alıcıya maliyyə sanksiyası tətbiq olunur? 
2. Obyek icarəyə verən və alan üçün elektron qaimə-faktura olmadıqda (mal alışın təsdiq edən sənəd) anlayışı aid deyil. Bu halda saksiya tətbiq oluna bilərmi?
Lalə, [email protected] (01.02.2018) 
Cavab: Bildiririk ki, Vegu Məcəlləsinin 58.8.2-ci maddəsi ilə müəyyən edilmiş maliyyə sansiyası yalnız vergi ödəyicisinin sahibliyində olan malların alışına münasibətdə 3 sənəddən biri, yəni qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlər olmadığı halda tətbiq edilir.
 
Bax: Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi.
 

Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda 

www. Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir: "Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda.  Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub.  Üstəlik Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib.  Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz.  

Çatdırılma pulsuzdur.  Kitab iki iş günü ərzində çatdırılır. Kitabın satış qiyməti 12 (on iki) manatdır. 

0 Komment

    Şərh yazın

    Xəbərlər