DİQQƏT!!! YENİ KAMERAL VERGİ MƏKTUBU

DİQQƏT!!! YENİ KAMERAL VERGİ MƏKTUBU

Vergi orqanları bu kameral vergi məktubunu göndərmək üçün BANKDAN ÖDƏNİŞLƏR HAQQINDA MƏLUMATLAR ALIR
 
Həmkarlarımızdan biri digər həmkarlarımızın da faydalanması üçün yeni kameral məktub formasını bizə göndərib.
Kameral məktubun əsas məzmunu aşağıdakı kimidir:
 
Məlum olduğu kimi, 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Azərbaycan Resublikasının Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən Məcəllənin 125.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 13.2.16.14-1-ci maddəsi üzrə həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə  edilən ödənişlər 10% dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur.
Eyni zamanda, həmin Məcəllənin 128.3-cü maddəsinin tətbiqi ilə əlaqədar olaraq, 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı təsdiq edilmişdir. 
Bildiririk ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. 
Həmçinin, Vergi Məcəlləsinin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər
Qeyd olunanları nəzərə alaraq, KOMMERSİYA BANKLARINDAN ƏLDƏ OLUNMUŞ MƏLUMATLAR (fərqləndirmə redaksiyamıza aiddir) əsasən ------ -ci ilin ----  rübü ərzində tərəfinizdən güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə (siyahı məktuba əlavə olunur) X manat  ödəniş edildiyi halda müvafiq dövr üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1608.5-ci “Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər” sətrində hər hansı məlumatlar əks etdirilməmişdir.
Eyni zamanda, -------ci ilin ----  rübü ərzində tərəfinizdən qeyri-rezident şəxslərə X  manat vəsait ödənildiyi halda, qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində verginin hesablanmadığı müəyyən edilmişdir.
Belə ki, Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan qeyd olunan maddədə müəyyən olunan dərəcələrlə vergi tutulmalıdır.
Bununla əlaqədar olaraq, kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) iş günü ərzində aşağıdakı sənədləri (məlumatları) vergi orqanına təqdim etməyiniz Sizə tövsiyyə olunur:
1. -------ci ilin -----cü rübü üzrə cari (dəqiqləşdirilmiş) ÖMV bəyannaməsi;
2. Bank hesabından çıxarışlar;
3. Ətraflı izahat məktubu (təsdiqedici sənədlər əlavə olunmaqla);
 
Məktubdan göründüyü kimi, vergi orqanları vergi ödəyicisinə xidmət edən tərəfdaş bankdan onların xarici ölkələrə ödənişləri ilə bağlı məlumat əldə edirlər. Sonra bu məlumatlar əsasında ödəmə mənbəyindən verginin tutulub-tutulmasını dəqiqləşdirirlər. 
Xəbər verdiyimiz kimi, artıq AVANS ödənişləri zamanı xüsusi elektron şifrənin daxil olması tələb olunur. Ola bilər ki, bu məsələ gömrüklə yanaşı vergi orqanları marağında olan məsələdir.
 
P.S. Hörmətli Həmkarlarımız, Sizə vergi vəya dsmf orqanlarından gələn kameral məktub və mümkündürsə onlara verdiyiniz cavabları [email protected] göndərilməsini təmin edərdiniz ki, digər həmkarlarımız bu tip məsələrdən agah olsunlar.
 
---------------------------------------------------------------------------------------------

Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda 

www. Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir: "Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda.  Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub.  Üstəlik Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib.  Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz.   Çatdırılma pulsuzdur.  Kitab iki iş günü ərzində çatdırılır. Kitabın satış qiyməti 12 (on iki) manatdır. 

0 Komment

    Şərh yazın

    Xəbərlər