Cəlilabaddali sahibkar Bakıya satış edərsə, Sadələşdirilmiş vergi 2 yoxsa 4 olmalıdır?

Cəlilabaddali sahibkar Bakıya satış edərsə, Sadələşdirilmiş vergi 2 yoxsa 4 olmalıdır?

Vergilər Nazirliyindən bu məsələyə bağlı mövqeyini açıqladı
 
Sual: Mən fiziki şəxsəm, sadələşdiriliş vergi ödəyicisiyəm. VN-nin 6 saylı Ərazi Vergilər İdarəsində (Lənkəran) VÖEN açdırmışam. VÖEN-in zona kodu 6-dır. Hüquqi ünvanım Cəlilabad rayonunun bir kəndindədir. Yəni Cəlilabad rayonunda sahibkarlıqla məşğulam. Bakı şəhərinə satış etmişəm və satış məbləğinə uyğun Bakıda yerləşən şirkətə E-qaimə göndərmişəm. Mən indi satış məbləğinin 2 %-ni, sadələşdirilmiş vergi kimi ödəməliyəm ya 4 %- ni?
Əbülfəz Ağaşirinov Mahir, [email protected], Bakı (30.01.2018)
Cavab: Bildiririk ki, Bakı şəhəri istisna olmaqla, Azərbaycan Respublikasının digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən vergi ödəyicilərinə bu regionlar üzrə müəyyən edilmiş vergi dərəcəsi o halda tətbiq edilir ki, vergi ödəyiciləri özünün istehsal sahəsi, daşınmaz əmlakı və işçi qüvvəsi ilə həmin ərazilərdə fəaliyyət göstərmiş olsunlar.
 
Odur ki, yuxarıda qeyd olunan şərt yerinə yetirildiktə tərəfinizdən sadələşdirilmiş vergi 2 faiz dərəcəsi ilə hesablanmalıdır.
 
Bax: Vergi Məcəlləsinin 220.1-ci maddəsi.

0 Komment

    Şərh yazın

    Xəbərlər