Əmək haqqının Nəğd şəkildə ödənilməsi mümkündür?

Əmək haqqının Nəğd şəkildə ödənilməsi mümkündür?

Vergilər Nazirliyi bu məsələyə aydınlıq gətirdi...
 
Sual: “Nağdsız hesabalaşmalar haqqında” Qanunda qeyd olunub ki, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları nağdsız şəkildə ödənilməlidir. Bilmək istərdim ki, ardıcıl 12 aylıq dövriyyəsi 200.000 manatdan az olan ƏDV ödəyiciləri əmək haqqını hansı qaydada verməlidir?
 
Vüqar Məmmədov, Şəki şəhəri (30.01.2018) 
 
Cavab: Bildiririk ki, Qanunun 3.4.4-cü maddəsində qeyd olunduğu kimi, tətbiq olunan vergitutma sistemindən asılı olmayaraq əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər əmək haqlarını və s. sözügedən ödənişləri nağd qaydada ödəyə bilərlər.
 
Bununla belə, ƏDV ödəyicilərinə münasibətdə Qanunun 3.3-cü maddəsi nəzərə alınmalıdır, yəni həmin şəxslərin nağd hesablaşmlarının ümumi məbləği təqvim ayı ərzində 30.000 manatdan artıq olmamalıdır.
 
Bax: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi.
------------------------------------------------------------------------------
Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda
 
www. Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir: "Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda.  Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub.  Üstəlik Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib.
Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz.
İstənilən ünvana Çatdırılma pulsuzdur.  Kitab iki iş günü ərzində çatdırılır.
Kitabın satış qiyməti 12 (on iki) manatdır.  

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər