Dollar hesabında qalığın məzənnə fərqi necə tənzimlənir?

Dollar hesabında qalığın məzənnə fərqi necə tənzimlənir?

"Manatın məzənnəsi dəyişəndə, gəlir (xərc) kimi tanımalıyam? Yəni mən bu valyutanı bankda saxlayıram. Əl vurmuram."
 
Sual: Mənim bank hesabımda 100$ vəsait var. İldən-ilə dəyişmir və hesabımda qalır. Manatın məzənnəsi dəyişəndə, gəlir (xərc) kimi tanımalıyam? Yəni mən bu valyutanı bankda saxlayıram. Əl vurmuram.
 
Rafiq İlyasov, [email protected], Bakı (22.01.2018) 
Cavab: Bildiririk ki, gəlir (mənfəət) vergisinin ödəyicisi olan müəssisənin hesabında (o cümlədən bank hesabında) olan vəsaitlərin qalığı xarici valyutada olduqda həmin xarici valyuta ilə vergi ilinin sonuna olan qalıqların bu valyutanın hesabat dövrünün sonuna olan rəsmi məzənnə əsasında hesablanmış manat ekvivalenti ilə dəyərinin mühasibat balansında əvvəlki məzənnə ilə əks olunan dəyəri arasındakı fərq müvafiq qaydada mənfəət vergisi bəyannaməsi təqdim etməli olan şəxsin maliyyə nəticələrinə aid edilir.
 
Sadələşdirilmiş vergi ödəyicisi üçün isə bank hesabında mövcud xarici valyuta ehtiyatları üzrə artan məzənnə fərqi satışdankənar gəlir kimi vergitutma obyektini təşkil edərək sadələşdirilmiş vergiyə cəlb olunur, azalan məzənnə fərqi isə digər xərclər kimi nəzərə alınmır.
 
Bax: Vergi Məcəlləsinin 13.2.12-ci, 69-cu və 129-cu maddələri.

0 Komment

    Şərh yazın

    Xəbərlər