Vergilər Nazirliyindən məzuniyyətə görə kompensasiya ilə bağlı daha bir açıqlama

Vergilər Nazirliyindən məzuniyyətə görə kompensasiya ilə bağlı daha bir açıqlama

Hansı halda kompensasiya məbləğindən yaşayış minimumu çıxmalıdır?
Sual: İşçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablayarkən gəlir vergisi hesablanan zaman ölkə üzrə yaşayiş minimumu nəzərə alınmalıdırmı?
Alim Rəhimov İsa, [email protected] (18.01.2018) 
Cavab:  Bildiririk ki, işçiyə istifadə edilməmiş məzuniyyət günləri üçün əvvəlki illərə görə ödənilən kompensasiyadan gəlir vergisi hesablanarkən ölkə üzrə yaşayış minimumunun 1 misli nəzərə alınmır, tam olmayan sonuncu iş ilinin kompensasiya haqqı isə verildiyi ayın əmək haqqı ilə birlikdə hesablanan zaman ölkə üzrə yaşayış minimumunun 1 misli vergitutulan gəlirdən çıxılır.
Bax: Vergi Məcəlləsinin 98.1-ci, 101-ci, 102.1.6-cı və 150-ci maddələri.

0 Komment

    Şərh yazın

    Xəbərlər