Cümə, 19 Yanvar 2018 09:23

Vergilər Nazirliyindən məzuniyyətə görə kompensasiya ilə bağlı daha bir açıqlama

Yazan
Bu məqaləni qiymətləndir
(0 səs)
Hansı halda kompensasiya məbləğindən yaşayış minimumu çıxmalıdır?
Sual: İşçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablayarkən gəlir vergisi hesablanan zaman ölkə üzrə yaşayiş minimumu nəzərə alınmalıdırmı?
Alim Rəhimov İsa, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. (18.01.2018) 
Cavab:  Bildiririk ki, işçiyə istifadə edilməmiş məzuniyyət günləri üçün əvvəlki illərə görə ödənilən kompensasiyadan gəlir vergisi hesablanarkən ölkə üzrə yaşayış minimumunun 1 misli nəzərə alınmır, tam olmayan sonuncu iş ilinin kompensasiya haqqı isə verildiyi ayın əmək haqqı ilə birlikdə hesablanan zaman ölkə üzrə yaşayış minimumunun 1 misli vergitutulan gəlirdən çıxılır.
Bax: Vergi Məcəlləsinin 98.1-ci, 101-ci, 102.1.6-cı və 150-ci maddələri.
Oxu 623 dəfə Son redaktə Cümə, 19 Yanvar 2018 09:30

Şərh yazın