Çərşənbə, 17 Yanvar 2018 06:13

Fazil Məmmədovun şəxsi istifadəsindəki daşınan əmlakları alındı

Yazan
Bu məqaləni qiymətləndir
(0 səs)
Hal-hazırda rəsmiləşdirilmə prossesi gedir
 
Vergilər naziri Fazil Məmmədov tabeliyində olan 4 ədəd bahalı xarici avtomobil Vergilər Nazirliyinə bağışlayıb.  
Modern.az-ın nazirlikdən əldə etdiyi məlumata görə, həmin maşınlar Fazil Məmmədovun nazirliyə rəhbərlik etdiyi dövrdə şəxsi avtomobillər kimi alınıb. Və daha sonra nazirliyin vəzifəli şəxslərinin istifadəsinə verilib. Maraqlıdır ki, qeyri-rəsmi olaraq həyata keçirilən bu proses müddətində əsasən nazir müavinlərinin istifadəsində olan həmin “Audi A 8” markalı  avtomobillərə görə eks-nazirə yüksək məbləğdə icarə haqqı da ödənilirmiş. Təbii ki, həmin vəsait Vergilər Nazirliyinin büdcəsindən silinib.
Nazir müavinlərinin istifadəsində olmuş və Fazil Məmmədovun şəxsi maşınları kimi rəsmiləşdirilımiş “Audi A 8” markalı 10 AS 712, 10 AS 713, 10 AS 714 və 10 AZ 890 dövlət seriya nömrəli avtomobillər hazırda Vergilər Nazirliyinin adına sənədləşdirilir. 
 
 
Oxu 537 dəfə Son redaktə Çərşənbə, 17 Yanvar 2018 06:17

Şərh yazın