Vergilər Nazirinin yeni 3 müşavirinin adları məlum oldu

Vergilər Nazirinin yeni 3 müşavirinin adları məlum oldu

Yeni müşavirlərin sırasında yeni ad - Orxan Nəzərli
 
Vergilər Nazirinin yeni 3 müşavirinin adları məlum olduMəlumata görə, yeni müşavirlər Orxan Nəzərli, Abdulla Tağıyev və Xəqani Abdullayevdir. Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini vəzifəsində çalışan Xəqani Abdullayevin təyinatı ilə bağlı ötən həftə məlumat yayılmışdı.
Məlumat üçün bildirək ki, Abdulla Tağıyev  əvvəllər Təhsil Naziliyində məsul vəzifələrdə çalışıb.  Orxan Nəzərli haqqında ətraflı məlumat əldə etmək mümkün olmayıb.
Əlavə edək ki, M.Cabbarov bundan əvvəl Camal Qasımov və Elnur Əliyevi özünə müşavir təyin etmişdi.
C.Qasımov bundan öncə Təhsil Nazirliyinin aparat rəhbəri, E.Əliyev isə Nazirliyin informasiya şöbəsinin müdiri olub. O, həm də bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.
Maraqlıdır ki, ötən həftə müşavir kimi təyin edilən Ülvi Mansurovun adı siyahıda qeyd olunmayıb.

0 Komment

    Şərh yazın

    Xəbərlər