Gün keçdi... "Leyla Şıxlinskaya" klinkikasına cinayət işi açıldı

Gün keçdi... "Leyla Şıxlinskaya" klinkikasına cinayət işi açıldı

 "Gün keçdi" filminin baş rolun ifaçısının klinikasını külli miqdarda verginı ödəməməkdə suçlandırırlar
 
Azərbaycanda məşhur klinikanın rəhbərinə cinayət işi açılıb. Lent.az-ın əldə etdiyi məlumata görə, "Leyla Şıxlinskaya" klinikasında aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manat vergidən yayındığı aşkarlanıb.
Hazırda Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılır.
Xatırladaq ki, həmin klinika ilə daha bir mənimsəmə işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Belə ki, "Leyla Şıxlinskaya" klinikasının mənimsəmədə və vergidən yayınmada təqsirləndirilən keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevanın işi də ayrıca icraatda aparılır. Təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir.
Qeyd edək ki, Leyla Şıxlinska aktrisa kimi fəaliyyəti olub, məşhur "Gün keçdi" filmində Əsmər rolunu canlandırıb
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər