Əmək haqqından güzəşt hesablanarkən mübahisə yaradan MƏSƏLƏNİN CAVABI

Əmək haqqından güzəşt hesablanarkən mübahisə yaradan MƏSƏLƏNİN CAVABI

Məcburi köçkün kimi güzəşt statusuna malik olan və 250 manat əmək haqqı alan işçinin gəlir vergisi necə hesablanmalıdır?
 
Son zamanlar həmkarlarımız  arasında mübahisə yaradan məsələ Vergi Məcəlləsinə müvafiq maddələrinə uyğun olaraq güzəşt hüququ olan işçinin əmək haqqısı üzrə gəlir vergisinin hesablanması zamanı 102.1.6-ci maddəsindəki ölkə üzrə yaşayış minimumu tətbiq edilməsidir.
Misal üçün, Məcburi köçkün (mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxs deyil) statusunda olan işçinin əmək haqqısı 250 manatdır. 
Vergi Məcəlləsinin 102.4-cü maddəsinə  əsasən, həmin işçinin aylıq gəliri 100 manat məbləğində azadılmalıdır.
Həmin işçinin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə)  əmək haqqısı üzrə gəlir vergisi hesablayarkən,  bəzi mühasiblər 102.1.6-ci maddəsi üzrə nəzərdə tutulan ölkə üzrə  yaşayış minimumu (01 yanvar 2018-ci ildən etibarən - 173 manat) tətbiq etmədən 14 faizlə gəlir vergisi hesablanır:
 
Səhv yanaşma: 
Hesablanmış əmək haqqı  - 250 manat
Məcburi köçkün statusuna görə Vergi Məcəlləsinə görə güzəşt  - 100 manat
Güzəşt çıxıldıqdan sonra qalıq məbləğ - 150 manat ölkə üzrə yaşayış minimumdan (173 manatdan) az olduğuna görə, həmin məbləğdən birbaşa 14 faiz vergi hesablanır.
Beləliklə, gəlir vergisi 21 manat ((250-100)x14 faiz) hesablanır.
 
Düzgün yanaşma:
 
Hesablanmış əmək haqqı  - 250 manat
Məcburi köçkün statusuna görə Vergi Məcəlləsinə görə güzəşt  - 100 manat
Vergi Məcəlləsinin 102.1.6 maddəsinə əsasən hesablanamış əmək haqqı 2500 manatdan az olduğu üçün yaşayış minimum qədər (173 manat) güzəşt tətbiq edilməldir.
Beləliklə həmin işçi üzrə gəlir vergisi hesablanmır . Cünki hesablanmış əmək haqqı fondundan 100 manat güzəşt çıxıldıqdan sonra yerdə qalan məbləğ – 150 manat (250 manat- 100 manat) ölkə üzrə yaşayış minimumdan aşağı olduğu üçün gəlir vergisi hesablanmır.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər