Vergilər Nazirinin daha bir müavinin istefa ərizəsi yazdığı iddia olunur

Vergilər Nazirinin daha bir müavinin istefa ərizəsi yazdığı iddia olunur

20 fevral 2004-cü ildən Vergilər Naziri müavini işləyən şəxs bu vəzifəyə qədər Prokurorluq orqanlarında məsul vəzifədə çalışıb
 
Vergilər nazirinin müavini Namiq Əliyevin istefa ərizəsi yazdığına dair məlumat yayılıb. Modern.az saytını bilgiləndirən mənbənin sözlərinə görə, son günlər nazir müavininin iş yerinə gəldiyini görənlər olmayıb. Qeyd edilir ki, Namiq Əliyev  ötən həftə kabinetindəki əşyalarını toplayaraq, nazirlikdən ayrılıb. Onun istefasının hələ ki rəsmiləşmədiyi, ancaq  yerinə tezliklə yeni təyinat olacağı bildirilir. 
Vergilər Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmadı...
 
Namiq Əliyev 2004-cü ilin fevralından vergilər nazirinin müavini işləyir. Onun sabiq vergilər naziri Fazil Məmmədova yaxın kadr olduğu, onları qudalıq əlaqələrinin bağladığı söylənilir.
 
Vikipediya saytında Namiq Əliyev haqqında məlumat aşağıdakı kimidir:
 
1960-cı ildə Gəncə şəhərində anadan olub, 1983-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquqi psixologiya fakultəsini bitirdikdən sonra 1 il Azərbaycan Respublikası Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb.
1984-1986-cı illərdə SSRİ Prokurorluğun Elmi-tədqiqat institunda təcrübə keçmiş və 1990-cı ildə həmin institutun aspiranturasını bitirərək hüquq elmləri namizədi dərəcəsinə yiyələnmişdir.
1991-2004-cü illər ərzində Respublika Prokurorluğunda Azərbaycan Respublikası Prokurorunun köməkçisi, Kadr idarəsinin prokuroru, Polis orqanlarında qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Vətəndaşların ərizə, şikayətlərinə baxılması və qəbulu idarəsinin rəis müavini, Ədliyyə, milli təhlükəsizlik, gömrük, vergi və sərhəd qoşunları orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2004-cü il tarixli Sərəncamı ilə vergilər nazirinin müavini təyin edilmişdir. Ailəlidir. 2 övladı var.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər