Banklarla vergi ödəyiciləri arasında Elektron-qaimə faktura DAVASI

Banklarla vergi ödəyiciləri arasında Elektron-qaimə faktura DAVASI

Yekunda davada uduzan yenə … vergi ödəyiciləri olacaq.
 
Banklar əməliyyatlara görə elektron-qaimə faktura təqdim etməli  olduğu vergi ödəyicilərinə bu sənədin verilməsindən imtina edir, vergi orqanları isə görülən xidmətlərə görə qaimə fakturanı olmasının zəruri olduğunu bildirirlər.  Lap məşhur kinomuz olan  “Arşın mal alan”dakı oxşar vəziyyət indi də vergi ödəyicilərin başına gəlib:
 
Vergilər Nazirliyi "OXU" DEYİR….
 
Məlumat vermişdik ki,  Vergilər Nazirliyi 29 dekabr 2017-ci il tarixli suala cavab olaraq bildirib ki,  vergi qanunvericiliyində banklar tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə göstərilən xidmətlərə görə elektron qaimə-fakturanın təqdim edilməsi İSTİSNA EDİLMƏYİB. Bu səbəbdən də, , bank tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara maliyyə xidmətlərinin (depozitlərin idarə edilməsi, tədiyyələr, köçürmələr və s.) göstərilməsi tərəflər arasında bağlanmış müqavilələrlə tənzimlənir. Bağlanmış müqavilələr əsasında hüquqi şəxslərə və fərdi sahibkarlara göstərilən xidmətlər (maliyyə xidmətləri, dövrü olaraq yerinə yetirilən inkassasiya xidmətləri, seyf xidmətləri və digər bu kimi xidmətlər) müntəzəm və ya daimi əsasda göstərildiyindən həmin xidmətlərə görə alıcılara hər ayın yekunları üzrə göstərilən xidmətlərin ümumi dəyərinə elektron qaimə-faktura təqdim edilməlidir Bunlarla yanaşı, bank tərəfindən müntəzəm və ya daimi əsasda göstərilməyən birdəfəlik xidmətlərə görə hər əməliyyat üzrə ayrılıqda elektron qaimə-faktura təqdim edilir.
 
… Azərbaycan Banklar Assosiayası isə "OXUMA"
 
Azərbaycan Banklar Assosiayasının sədri Zakir Nuriyev 28 noyabr 2017-ci tarixli banklara yönələn məktubunda bildirib ki,  Banklar tərəfındən təqdim olunan maliyyə xidmətlərinin gündəlik sayının həddindən çox olması nəzərə alınsa elektron qaimə-fakturaların tərtib edilməsi praktiki olaraq mümkiin deyildir. Belə ki, həmin xidmətlərin çeşidi, xidmətlərin göstərilməsi tezliyi nəzərə alınsa elektron-qaimə fakturaların hazırlanması üçün banklar əhəmiyyətli sayda əlavə işçi heyəti və resurlar cəlb edilməlidir ki, bu da bankların yeni çağırışlarla üzləşdiyi hazırkı dövrdə böytik xərclərin yaradılmasına, göstərilən xidmətlərin ırıaya dəyərənin yüksəlməsinə səbəb olacaqdır.  Bu məqsədlə 15 iyun 2017-ci il tarixində Prezident Administrasiyasının, Maliyyə Bazarlarına Nəzarət Palatasınm, Vergilər Nazirliyinin və Azərbaycan Banklar Assosiasiyasının məsul əməkdaşlarınm iştirakı ilə keçirilən göriişdə sözügedən problem geniş müzakirə edilmişdir. Görüş zamanı Vergilər Nazirliyinin rəhbərliyi qeyd olunan elektron-qaimə fakturaların tərtibinin banklara münasibətdə tətbiq olunmaması imkanlarının müzakirə edilməsinə etiraz etmədiklərini bildirmişlər. Qeyd olunanları nəzərə alaraq, banklara maliyyə xidmətlərinə görə müştərilərinə elektron qaimə-fakturaların verilməməsi tövsiyyə olunur.
 
YEKUNDA İTİRƏN VERGİ ÖDƏYİCİLƏRİ OLACAQ
Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən Maliyyə Sanksiyası elektron –qaimə fakturani təhvil verənə yox TƏHVİL ALAN  vergi ödəyicisinə tətbiq edilir.  Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura sənədlərdən ən azı biri olmadıqda  malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda –
alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi,
ikinci dəfə yol verdikdə 20 faizi,
üç və daha çox dəfə yol verdikdə 40 faizi  miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Düzdür, bu maliyyə sanksiyası hələ ki, xidmətlərə tətbiq edilmir. Amma vergi ödəyiciləri banklardan çek kitabçası alır ki, bu da malların alışına aiddir. 
Bundan əlavə, Bankın təqdim etməli olduğu “ Elektron qaimə-faktura” vergi ödəyicisinin  (bank müştərilərinin) isə xərcinin uçota alınması üçün bir sənəddir. Səyyar vergi yoxlama zamanı vergi orqanları elektron qaimə faktura olmamasını əsas tutaraq, gəlirdən çıxılan xərclərdə bank əməliyyatları ilə ödənişləri nəzərə almamaq riski var ki, bu da yekunda vergi ödəyicsinin mənfəət vergisinin artmasına səbəb olacaq.
Bu səbəbdən də, vergi ödəyicilərinin banklardan elektron qaimə faktura tələb etməsini vəya bunun təqdim edilməməsi haqqında Azərbaycan Banklar Assosiayasının yox Vergilər Nazirliyinin rəsmi məktubunu tələb etməlidir. Cünki Azərbaycan Banklar Assosiayasının qeyd etdiyi ŞİFAHİ RAZILAŞMA haqqında fikir vergi ödəyicilərin əsas ola bilməz.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər