Vergi Məcəlləsinə dəyişikliyin tarixi məlum oldu

Vergi Məcəlləsinə dəyişikliyin tarixi məlum oldu

Mayın ortalarında Vergilər Nazirliyi vergi qanunvericiliyinə Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının təklif etdiyi dəyişiklikləri qəbul etməyi planlaşdırır. Bu barədə Trend-ə çərşənbə axşamı ASMK-nın baş katibi Məmmədəli Əfəndiyev bildirib. 
"Hazırda Vergilər Nazirliyində sahibkarların işinin necə asanlaşdırılmasına dair mövzu üzrə müzakirələr gedir", - Əfəndiyev deyib. Onun sözlərinə görə, Vergilər Nazirliyinə aqrolizinq, banklar, fiziki şəxslər üçün vergilər və s. üzrə vergiqoymanın dəyişdirilməsi ilə bağlı təklif daxil olub. "Biz fiziki şəxslərdən vergi qoyulması sahəsində iki min və ondan yuxarı məbləğdə vəsait üçün 35 faizlik dərəcəni azaltmağı təklif etdik", - Əfəndiyev deyib.
Anar Bayramov

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər