Dövlət vergi orqanlarına işə qəbulla bağlı SINAQ İMTAHANININ TƏŞKİLİ HAQDA 10 SUAL-10 CAVAB

Dövlət vergi orqanlarına işə qəbulla bağlı SINAQ İMTAHANININ TƏŞKİLİ HAQDA 10 SUAL-10 CAVAB

Xəbər verdiyimiz kimi, Mks.az saytı 10 fevral 2021-ci il tarixindən etibarən dövlət vergi orqanlarına işə qəbul üzrə sınaq imtahanarına start verəcək. İmtahanlarla əlaqədar daxil olan aktual suallara cavabları təqdim edirik:

Sual 1. Sınaq imtahanları kağız əsasda, yoxsa kompüter vasitəsilə keçiriləcək?

Cavab 1: İştirakçı ödənişi etdikdən sonra Mks.az-ın ofisinə (Fətəlixan Xoyski 111a, mən. 23, Nərimanov metrostansiyasının yaxınlığı) gələrək test suallarını onlayn qaydada cavablandıracaq.

Sual 2. İştirakçıya testin nəticəsi ilə bağlı məlumat necə təqdim olunacaq?

Cavab 2: Sınaq imtahanı yekunlaşan kimi test nəticələri üzrə cavablar proqram təminatı tərəfindən avtomatik hazırlanacaq və iştirakçıya topladığı yekun bala uyğun iştirakçı sertifikatı təqdim ediləcək.

Sual 3. Sınaq imtahanında necə sual olacaq və imtahanın müddəti necə müəyyənləşdiriləcək?

Cavab 3: Hər bir iştirakçıya vergi məsələlərini əhatə edən 60 sual üçün 90 dəqiqə vaxt ayrılacaq.

Sual 4. İmtahanda iştirak vaxtı necə müəyyən ediləcək?

Cavab 4: İştirakçı həftənin 6 günü (bazar günü istisna olmaqla) saat 10:00-19:00 aralığında istəyinə uyğun olaraq istənilən vaxtı seçə bilər. Vaxt seçimi ən azı 1 iş günü öncədən edilməlidir.

Sual 5. Sınaq imtahanından əlavə təlim və kurslar təşkil olunacaq?

Cavab 5: Təşkilatımız imtahana hazırlıq üçün tədris kursları təşkil etmir. Ancaq konkret mövzular üzrə ödənişli onlayn və oflayn kursların təşkili planlaşdırılır.

Sual 6. Test suallarının tərtibi kimlər tərəfindən, hansı mənbələrə istinad olunmaqla hazırlanıb?

Cavab 6: Suallar Mks.az-ın vergi ekspertləri tərəfindən vergi qanunvericiliyinə istinad olunmaqla hazırlanıb. Test sualları heç bir yerdə istifadə olunmayıb, hər hansı ədəbiyyatda dərc edilməyib, sırf hazırkı sınaq imtahanlarının keçirilməsi məqsədilə tərtib olunub.

 Sual 7. İmtahanı konkret mövzular üzrə vermək olar?

Cavab 7: Test imtahanları 2 kateqoriyaya bölünür: Ümumi test imtahanı və konkret mövzular üzrə test imtahanı. Ümumi test imtahanı bütün vergi qanunvericiliyini əhatə edən suallardan ibarətdir. Konkret mövzular üzrə test imtahanı isə Vergi Məcəlləsinin ümumi və xususi hissəsi ilə yanaşı, konkret mövzuları (ƏDV, Mənfəət (gəlir) vergisi v sə s.) əhatə edir.

 Sual 8. İmtahanda iştirak etmək üçün hara müraciət etmək lazımdır?

Cavab 8: İştirakçı (012) 564 86 85, (050) 368 12 72 saylı telefonlarla, [email protected] e-mail ünvanı və ya sosial şəbəkələrdəki səhifələrimiz vasitəsilə müraciət edə bilər. İştirakçı ona uyğun vaxtı öncədən bildirməli və “Sınaq imtahanının keçirilməsi qaydaları” ilə ilə tanış olduqdan sonra imzalayıb geri göndərməlidir.

Sual 9. İmtahanda iştirak haqqı necə müəyyən edilir?

Cavab 9:  Sınaq imtahanında iştirak haqqı ilk dəfə müraciət edənlər üçün 15 manat, daimi müştərilər üçün isə 10 manat müəyyən edilib. Ödəniş imtahan tarixinə ən geci 1 iş günü qalmış edilməlidir. Ödənişi istəyinizdən asılı olaraq təşkilatın bank hesabına və ya kassasına, bank, E-manat ödəniş terminalı və ya Hesab.az vasitəsilə həyata keçirə bilərsiniz.

 Sual 10.  Əmək münasibətləri və mühasibat uçotu mövzularında imtahanların təşkili planlaşdırılır?

Cavab 10: Mart ayından etibarən əmək münasibətləri və mühasibat uçotu mövzularında sınaq imtahanlarının təşkili nəzərdə tutulur. Bu barədə müvafiq elanlar Mks.az saytında və təşkilatın Facebook səhifəsində veriləcək.

2021-ci ilin fevral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 
 
 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər