Cümə, 10 Yanvar 2020 07:53

Sabah keçirilən seminarda tanınmış mütəxəssis Əbülfət Məhərrəmov həmkarlarımızın qonagıdır

Mks.az saytı 11 yanvar 2020-ci il tarixdə “Əmək Məcəlləsi: sadədən mürəkkəbə” adlı ödənişsiz seminar təşkil edir. Seminarda iqtisadiyyatın müxtəlif sektorlarında təmsil olunan 300-ə yaxın sahibkarlıq subyektinin mühasibləri və insan resursları üzrə mütəxəssisləri iştirakçı kimi təmsil olunacaq.  Seminarın idarə olunması və sualların cavablandırılmasında mks.az saytının ekspertləri ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov da yaxından iştirak edəcək.

Qeyd edək ki, Əbülfət Məhərrəmov əmək münasibətləri sahəsində ölkəmizin aparıcı mütəxəssislərindən sayılır. Seminar iştirakçıları Əbülfət müəllimin seminarda iştirakından maksimum faydalanaraq, Əmək Məcəlləsi və digər əmək qanunvericiliyindəki aktual və ziddiyyətli məsələlərlə bağlı suallarına cavab tapa biləcəklər.
Xatırladaq ki, seminar saat 10:30-13:00 aralığında Landmark otelinin III Rotunda zalında (Bakı şəhəri, Nizami küçəsi 90 A) keçiriləcək.

  "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il  tarixindən satışda

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

 
 
 

1 Şərh

  • Şərh bağlantısı Sadiq Cümə, 10 Yanvar 2020 09:05 tərəfindən təqdim olunub Sadiq

    Xahiş edirəm ki, sabah keçiriləcək seminarda Əbülfət Məhərrəmova sual ünvanlayın ki, özəl sektorda işçilərə vəzifə maaşları hansı normativ sənədlər əsasında müəyyən olunmalıdır.

Şərh yazın