Səhifəni çap et
Çərşənbə, 04 Dekabr 2019 08:08

Mks.az saytından növbəti ödənişsiz seminar: “Əmək Məcəlləsi: sadədən mürəkkəbə”

Mks.az saytı "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" məlumatlandırma sessiyasından sonra növbəti seminarla həmkarlarına dəstəyini davam etdirmək niyyətindədir. Seminarın təşkilində məqsəd kadrlar üzrə mütəxəssislərin və mühasiblərin əmək qanunvericiliyində rastlaşdığı mürəkkəb məsələlərə aydınlıq gətirməkdir.

Seminarda şərh olunacaq mövzular (boş ştat yerinin yaradılması, əmək müqaviləsinə xitamın əsasları, məzuniyyət zamanı əmsallaşdırma, iş vaxtının cəmlənmiş uçotu, müavinət hesablanmasında fərqli gəlirlərin nəzərə alınması və s.) həmkarlarımızın cavab almaq məqsədilə saytımıza ünvanladıqları suallar əsasında müəyyənləşdirlib.

Seminarda mks.az saytının ekspertləri ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssislərinin də iştirakı gözlənilir. Bu barədə Nazirliyə müvafiq rəsmi müraciət ünvanlanıb.

Seminarın 11 yanvar  2020-ci il tarixində keçirilməsi nəzərdə tutulur.

Seminarda iştirak etmək iştəyənlər şərh bölməsinə "+" işarəsi qoymaqla öz istəklərini ifadə edə bilərlər.

"Öyrətmək savab, öyrənmək qazanc" devizinə həmişə sadiqik!

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

55 şərhlər