Vergi seminarının ilkin gündəliyi hazırdır

Vergi seminarının ilkin gündəliyi hazırdır

Dəyərli həmkarlarımız, seminarın gündəliyi ilə bağlı hər hansı qeydiniz varsa, zəhmət olmasa, bildirərsiniz

Mks.az saytının təşkilatçılığı 23 noyabr 2019-cu il tarixdə keçiriləcək "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" adlı ödənişsiz seminara 200-dən çox vergi ödəyicisinin nümayəndələrinin qatılacağı gözlənilir. Vergilər Nazirliyinin şöbə rəislərinin və saytımızın ekspertlərinin iştirakı ilə baş tutacaq məlumatlandırma seminarının qısa gündəliyini təqdim edirik:

Saat 10:30 - Tədbirin açılışı - Qalib Toğrul, mks.az saytının rəhbəri

Saat 10:40 - 11:10 - "Vergi Məcəlləsinə təklif olunan əsas dəyişikliklərin qısa izahı" - Anar İ. Bayramov, "Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi
Saat 11:20 - 11:40 - "Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin əsaslandırılması" - Rəşad Nuriyev, Vergilər Nazirliyinin şöbə rəisi
Saat 11:40 - 12:00 - "Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin bəyannamələrdə nəzərə alınması" -Elmir Ramazanov, Vergilər Nazirliyi
Saat 12:00- 12:20 - "Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müstəqil ekspert qiymətləndirməsi", Anar C. Bayramov, vergi məsələləri üzrə ekspert
Saat 12:20- 13:00 - Sual-cavab və rəylərin dinlənilməsi.


Hörmətli seminar iştirakçıları, Sizi tədbirdə fəal iştiraka dəvət edirik.
Qeyd edək ki, Vergilər Nazirliyinin mütəxəssislərinin və Mks.az saytının vergi ekspertlərinin iştirakı ilə baş tutacaq seminar 23 noyabr 2019-cu il tarixində, saat 10:00- 13:00 aralığında Landmark otelinin III Rotunda zalında (Bakı şəhəri, Nizami küçəsi 90 A) keçiriləcək.
"Öyrətmək savab, öyrənmək qazanc" devizinə həmişə sadiqik.

1 Komment

  1. İradə N. 22 Noyabr 2019

    Çox ağıllı plaınız var bu seminarda!!

Şərh yazın

Xəbərlər