Çərşənbə axşamı, 10 Dekabr 2019 07:51

Mks.az saytının 3 müəllifi “Mühasiblərin sevimli yazarı” mükafatına layiq görüldü

Bakı Hesabat Mərkəzi yaradılmasının 1 illiyi münasibəti ilə Azərbaycan Respublikasında mühasibat uçotunun düzgün təşkili, inkişafı və təbliği sahəsində fərqlənən şəxsləri xüsusi mükafatla təltif edib. Bakı Hesabat Mərkəzinin qərarı ilə mükafatlandırılan ekspertlər arasında Mks.az saytının “Mühasibat uçotu” kitabının müəllifi, Auditorlar Palatasının Şura üzvü Altay Cəfərov, “A-dan Z-yə Kargüzarlıq” kitabının müəllifi, iqtisadçı-ekspert Qalib Toğrul və “Vergi uçotu: A-dan Z-yə” kitabının müəllifi, vergi məsələri üzrə ekspert Anar Bayramov da var. Müəlliflərin hər üçü “Mühasiblərin sevimli yazarı” nominasiyası üzrə xüsusi plaketlə təltif olunub.

Mks.az saytının rəhbərliyi Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayevə minnətdarlığını ifadə etməklə yanaşı, mükafat alan bütün həmkarlarına səmimi təbriklərini çatdırır.

Qeyd edək ki, Mks.az saytı mühasiblərə, kadrlar üzrə mütəxəssislərə, vergi işi və əmək münasibətləri sahəsində tədqiqat aparan alimlərə, tələbələrə dəstək verilməsi və bu sahələr üzrə işə qəbul imtahanlarına hazırlaşan məzunların maarifləndirilməsi məqsədilə 2009-cu ildə təsis olunub. Sayt vergi, əmək və uçot məsələləri üzrə ixtisaslaşsa da, praktiki sahəvi kitabların və ödənişsiz seminarların keçirilməsi sahəsində də böyük təcrübəyə və geniş nüfuza malikdir.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Şərh yazın