İşdən azad olunan və azad olunmağı gözlənilən DSMF-nin məsul şəxsləri

İşdən azad olunan və azad olunmağı gözlənilən DSMF-nin məsul şəxsləri

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi işləyən Ağalar Xasayevi vəzifəsindən azad edib.  Qeyd edək ki, Ağalar Xasayev eks nazir Səlim Müslümovun qaynıdır. 
Bundan əlavə, DSMF-nin direktor müavini Sərdar Xıdırov vəzifəsindən azad edilərək, onun yerinə vaxtı ilə DSMF-nin Səbail rayon, daha sonra isə Qaradağ rayon şöbəsində müdir vəzifəsini tutmuş Cavid Abdullayev gətirilib. Xatırladaq ki, Cavid Abdullayev bu yaxınlarda iqtisadiyyat nazirinin müavini təyin edilən Şirzad Abdullayevin qardaşıdır.
DSMF-də ən böyük dəyişikliyin isə bu ilin dekabr ayında aparılacağı gözlənilir. İddia olunur ki, həmin vaxtı fondun hazırkı direktoru Zakir Babayevlə bağlanan müqavilə başa çatacaq və bu səbəbdən DSMF-nin rəhbəri postuna yeni təyinat olacaq.

Mənbə: Mia.az

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər