Iqtisad Universitetinin məzunu və tələbələri üçün ŞAD XƏBƏR

Iqtisad Universitetinin məzunu və tələbələri üçün ŞAD XƏBƏR

"Webometrics" reytinq agentliyinin iyun ayında açıqladığı “Google Akademik istinadlarına görə ən yaxşı universitetlər” (TRANSPARENT RANKING: Top Universities by Google Scholar Citations) reytinqində UNEC Azərbaycan universitetləri arasında lider olub.

Bu barədə "Report"a UNEC-in Marketinq və Kommunikasıya Departamentindən məlumat verilib.

Reytinqə görə, “Google Scholar” platformasında UNEC alimlərinin elmi məqalələrinə 3614 istinad edilib.

Azərbaycandan iki ali təhsil müəssisəsinin yer aldığı reytinqdə Bakı Dövlət Universiteti isə 2787 istinadla ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, UNEC reytinqdəki mövqeyinə görə bir çox Amerika və Avropa universitetlərini qabaqlayıb.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər