Mehdi Babayevdən seminardakı mövzu ilə bağlı maraqlı açıqlama

Mehdi Babayevdən seminardakı mövzu ilə bağlı maraqlı açıqlama

Tanınmış audit mütəxəssisi Mehdi Babayev 24 iyun 2018-ci il tarixdə Milli Mühasiblər Forumunun təşkil edəcəyi seminardakı mövzu haqqında əlavə açıqlama verib: " Bildiyiniz kimi, bu seminarda hamını daha çox maraqlandıran mövzu olaraq "Mühasibat Uçotu Haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş sonuncu əlavə və dəyişikliklərə aydınlıq gətirilməsidir. Bu mövzu ilə əlaqədar əsas çıxışçı mühasibat sahəsində kifayət qədər bilgilərə malik olan, Bakı Mühəndislik Universitetinin Mühasibat Uçotu və Audit kafedrasının kafedra rəhbəri, Dosent Firudin Sultanovdur. Bu mövzu ilə bağlı mənim də praktik aləmə təsir edə bilən amillər, anlaşılmazlıqlar, hətta deyərdim ki, təhlükələr barədə mühasiblər üçün maraqlı çıxışım vardır.
Müxtəlif KİV-lərdə və ayrı-ayrı şəxslər tərəfindən sosial şəbəkələrdə və saytlarda Qanunun bəzi əsas hesab edilə bilən müddəaları və ya tək bir müddəası və ya bir neçə maddəsi yazılaraq ictimaiyyət məlumatlandırılır. Əlbəttə ki, buna görə onlara təşəkkür etmək lazımdır. Lakin hesab edirəm ki, belə təbliğatla hədəfi əldə etmək olmaz və ya "qidalanmaq" mümkün deyildir. Qanunun bir və ya bir-neçə müddəalarının olduğu kimi köçürülərək yazılması nəticəsində mühasiblərə hər hansı ciddi bir bilgi verilə bilməz. Ordan-burdan, sistemsiz olaraq müddəaların mətninin yayılması kimi yanaşma mühasiblərdə çaşqınlıq və fikir qarışıqlığı yarada bilir.
Həmçinin tanıdığlm və hörmət etdiyim peşəkar hüquqşunaslar tərəfindən bu Qanuna edilmiş əlavə və dəyişikliklər barədə hüquqi baxımdam izahlara da rast gəlmişəm və bütün izahlar gərəklidir. Lakin bu Qanunun bir başa maliyyə və bütövlükdə mühasibatlıq sahəsinə aid olduğuna görə birinci növbədə peşəkar maliyyəçilərin izahlarına üstünlük verilməlidir. Hamınız mənimlə razılaşarsınız ki, maliyyəçi və ya mühasibat sahəsinin peşəkarı bu Qanunun həm hüquqi, həm uçot, həm praktik, həm də riskli tərəflərini daha mükəmməl bilir və ya bilmək məcburiyyətindədir. Onsuzda, hüquqşunas dostlarımıza həmişə işimiz düşür və Seminarda da onların iştirakını arzulayırıq.

Qanunun yeni variantında elə müddəalar vardır ki, baxmayaraq ki, müddəa bir sadə cümlədən ibarətdir, həmin müddəanın şifahi izahı üçün ən azından 10 dəqiqə vaxt lazımdır. Hətta elə müddəalar vardır ki, çoxlu suallar yaranır və suallar mövcud reaalığın mənzərəsinə uyğun gəlib-gəlməməsi məsələsini ortalığa qoyur. Seminar zamanı yeni təsnifləşdirməyə uyğun olaraq hər bir təsərrüfat subyekti statusu üzrə, yəni təmsil etdiyiniz müəssisənin mühasibat uçotu subyekti üzrə təsnif edilməsi metodikası, hansı uçot standartının tətbiq edilməsinin müəyyənləşdirilməsi, uçotun tətbiqi vaxtları, məsuliyyətlər, Sertifikatların tətbiqi, Peşəkar mühasib səviyyəsinin əsl mahiyyəti, çaşqınlıqların aradan qaldırılması və daha çox peşəkar izahların şahidi olacaqsınız.
Seminar iştirakçıları Qanunla bağlı, necə deyərlər, KİM, NƏ, HARADA, NƏ VAXT, NİYƏ, HANSI, NƏ ÜÇÜN suallarının hamısına imkanımız daxilində peşəkar cavab ala biləcəklər.
Düşünürəm ki, Seminar iştirakçıları indiyə qədər Qanunla əlaqədar bilgilərinə kifayət qədər rəng qata biləcəklər.
Hörmətli mühasiblər, vergiçilər, maliyyəçilər və hüquqşunaslar, həmişəki kimi mən əminəm ki, sizin bu Qanunla bağlı bilgiləriniz az deyildir. Bir daha sizin hamınızın yaxşı və ya peşəkar mühasib olmanızda heç bir şübhəm yoxdur. Sonuncu keçirdiyimiz seminarda yüksək səviyyəli peşəkar mühasiblərin də iştirakı az deyildi. Yenə də, ən azından bilgilərimizin daha da möhkəmləndirilməsi, əminliyin əldə edilməsi, birlikdə müzakirə imkanlarının əldə edilməsi üçün Seminarda birləşməyimiz ümumi işin xeyrinədir.
Gözlənilən çıxışın sizə çox faydası olacağına və seminardan sonra bütün anlaşılmazlıq və çaşqınlıq yarada biləcək düşüncələrə son qoyulacağına əminəm."

Satışda olan nəşrlərimiz:  

1) Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu

 
“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

2) MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

3) Əmək Münasibətləri: A-dan Z-yə

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.  Nəşrə 3 yeni fəsil əlavə olunub. 
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.

 4)  Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA
 
15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər