Hansı halda dividenddən ödəmə mənbəyindən vergi tutulur?

Hansı halda dividenddən ödəmə mənbəyindən vergi tutulur?

Sual: Sualım Vergi Məcəlləsinin 122.1-ci maddəsinin izahı ilə bağlıdır. Vergi Məcəlləsinin 122.1-ci maddəsində deyilir ki, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Bu maddədə “ödənilən dividenddən” dedikdə hansı məbləğ, səhimdarın və ya təsisçinin hesabına ödənilən faktiki dividendin məbləği, yoxsa xalis mənfəətin bölüşdürülməsi nəticəsində səhimdara və ya təsisçiyə düşən payın ümumi məbləği nəzərdə tutulur?
Rəhimov Rahim İsa, [email protected], Bakı (07.06.2018)

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin məqsədləri üçün dividend dedikdə hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş nəzərdə tutulur.
Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır

Bax: Vergi Məcəlləsinin 13.2.15-ci maddəsi.

ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ I
V NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər