Vüsal Hüseynov: "Xaricilərə iş icazəsinin verilməsi daha şəffaf və rahat formada həyata keçiriləcək"

Vüsal Hüseynov: "Xaricilərə iş icazəsinin verilməsi daha şəffaf və rahat formada həyata keçiriləcək"

"Azərbaycanda fəaliyyət göstərən və xarici işçi qüvvəsi üçün daha çox müraciət edən şirkətlərin və təşkilatların nümayəndələrdən ibarət Məşvərət Şurası yaradılır".

"Report"un məlumatına görə, bunu Azərbaycan-Avropa İttifaqı biznes forumunda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, şuraya AmCham, Türk İş Adamları Konfederasiyasının, Azərbaycan-Alman Xarici Ticarət Palatası kimi təşkilatların, BP və SOCAR kimi iri neft şirkətlərinin nümayəndələri daxil olacaq.

V.Hüseynov bildirib ki, Məşvərət Şurası xaricilərə iş icazəsinin verilməsini daha şəffaf və rahat formada həyata keçirilməsini təmin edəcək: "Bütün bu məsələlər işçi qaydasında şurada müzakirə olunacaq".

O vurğulayıb ki, iş icazəsi alınması üçün sənədlərin verilməsindən yekun rəy alınmasına qədər bütün prosesləri elektron qaydada izləmək mümkün olacaq.

Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycanda xaricilərə verilən iş icazələri kvotalarına da toxunub. V.Hüseynov vurğulayıb ki, bu kvotaların müəyyən edilməsində sahibkarların aktiv iştirakı vacibdir.

Xidmət rəisi bildirib ki, rəhbərlik etdiyi qurum xaricilərin yaşayış yeri üzrə qeydiyyata düşməsını asanlaşdırmaq üçün həmçinin elektron tətbiq üzərində iş qurur.

 

ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər