Millət vəkili: "İnsanlar kimliyindən asılı olmayaraq, vergisini və sığortasını ödəməlidir"

Millət vəkili: "İnsanlar kimliyindən asılı olmayaraq, vergisini və sığortasını ödəməlidir"

Xəbər verdiyimiz kimi, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin mayın 30-da keçirilən iclasında “Məşğulluq haqqında” (ikinci oxunuş) qanun layihəsi müzakirəyə çıxarılıb.  Müzakirə zamanı illət vəkili Elmira Axundova da qeyri-formal məşğulluq deyilərkən “qara bazar”da çalışanların nəzərdə tutulub-tutulmaması ilə maraqlanıb: “Bu da, əsasən, tikinti sektorunda baş verir. Yəni, qeyri-formal məşğulluq elə burada özünü göstərir. Mənim özüm şəxsən sürücümlə müqavilə bağlamışam.

Bəzən evimə gələn insanlardan da soruşuram ki, müqavilə bağlamısınızmı, cavab verirlər ki, xeyr. Deyirlər ki, axı, biz buna görə filan qədər pul, vergi ödəməliyik, biz bunu edə bilmərik və sairə. Mən də deyirəm ki, bu pul dövlətin cibinə yox, gələcəkdə elə sizin özünüzün cibinə qayıdacaq. Yəni, bu məsələdə ciddi maarifləndirməyə ciddi ehtiyac var. İnsanlar kimliyindən asılı olmayaraq, vergisini və sığortasını ödəməlidir”.

Mənbə: Realpress.az

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər