Millət vəkili: "... Maaşı 200 manatdan aşağı olanlar yubiley xatirəsi kimi saxlaya bilər”

Millət vəkili: "... Maaşı 200 manatdan aşağı olanlar yubiley xatirəsi kimi saxlaya bilər”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Əli Məsimli də Mərkəzi Bank tərəfindən 200 manatlıq pul əskinaslarını dövriyyəyə buraxmasına münasibət bildirib: “Azərbaycanda alış-veriş sahəsində daha çox 3 problemin bir-birinə qarşılıqlı təsirini də nəzərə almaqla optimal həllinə nail olmaq lazmdır. Birincisi, nağdsız hesablaşmaların stimullaşdırılması və onun tətbiq dairəsinin genişləndirilməsi. İnkişaf etmiş ölkələr bu işi çox yaxşı qurublar. Onlarda nağdsız hesablaşmalar yaxşı təşkil edildiyindən, vətəndaşların cibində kimisə kofeyə qonaq eləmək və s. üçün hər ehtimala qarşı uzağa 20-30 dollar nağd pul olur. Azərbaycanda hər şeydən əvvəl bu üsulun geniş tətbiqinə nail olmaq lazımdır”.

Deputat qeyd edib ki, ikinci mərhələdə tədavüldə olan nağd pul kütləsini lazımi səviyyəyə çatdırıb, bu sahədəki qıtlığın aradan qaldırılasına nail olmaq lazımdır: “Birinci amil sonradan bunu özü yaxşıca tənzimləyəcək. Üçüncüsü, yeni pul əskinaslarının buraxılması dövriyyəni rahatlaşdırmağa yönəldilməlidir. Ona görə də insanların və marketlərin alış-veriş prosesində və pul xırdalayan zaman qarşılaşdıqları çətinlikləri aradan qaldırmaqdan ötrü dövriyyəyə 2 və ya 3 manat və 25 manat nominallı əskinasların buraxılmasına daha çox ehtiyac var. Bu baxımdan yanaşdıqda dövriyyəyə 200 manatlıq əsginaslar buraxılmasına elə bir lüzum yox idi. Yəqin bu addım sırf yubiley hadisələri ilə bağlı məsələdir. Amma yubileylərlə bağlı kağız pul yox, metal pulların buraxılması daha məqsədə uyğundur .Çünki, bu halda onu hamı, maaşı 200 manatdan aşağı olanlar da əldə edə və yubiley xatirəsi kimi saxlaya bilər”.

Mənbə: Modern.az

 

0 Komment

    Şərh yazın

    Xəbərlər