200 manatlıq pul əskinaslarının dövriyyə buraxılmasının MƏNFİ CƏHƏTLƏRİ

200 manatlıq pul əskinaslarının dövriyyə buraxılmasının MƏNFİ CƏHƏTLƏRİ

İqtisadçı-ekspert Vüqar Bayramov Mərkəzi Bankın yeni 200 manatlıq pul əskinaslarını dövriyyəyə buraxmasına münasibət bildirib: "Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılmasının prioritet olduğu zamanda iri əskinasların dövriyyəyə buraxılması nağdlı hesablaşmaların artmasına səbəb olacaq. Bu addım pulun alıcılıq qabiliyyətinin azalmasına səbəb ola bilər. Dövriyyədə yüksək nominallı əskinasların olması həm psixoloji, həm də iqtisadi baxımdan istehlak bazarına neqativ təsir göstərir.

Bu baxımdan, iri nominallı əskinaslar inflyasiya yaradıcı faktorları gücləndirəcək.  Digər tərəfdən, hazırda nağd hesablaşmalarda iri deyil, xırda əskinasların azlığı daha çox müşahidə edilir. Bu baxımdan, Mərkəzi Bankın xırda nominallı əskinasların sayını artırması daha məqsədəuyğun olardı."

 
 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər