SOCAR-ın HR direktoru hansı hallarda testdənkənar işçilərin qəbul edilməsi halına aydınlıq gətirdi

SOCAR-ın HR direktoru hansı hallarda testdənkənar işçilərin qəbul edilməsi halına aydınlıq gətirdi

SOCAR-ın İnsan Resursları Departamentinin rəhbəri Asif Bəkirli Avropa.info-ya müsahibəsində maraqlı məqamlara toxunub. Asif müəllim hansı hallarda testdən kənar müsabiqə keçirilməsinə aydınlıq  gətirib: "Müəyyən peşəkarlıq tələb etməyən sahələrə insanlar işəgötürənlərin özləri tərəfindən işə qəbul olunurlar. Bir xüsusi məqam da ondan ibarətdir ki, respublikada ölkə başçısı tərəfindən həyata keçirilən sosial proqramların icrası zamanı dövlət başçısının tapşırığı əsasında aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə işçilər testdənkənar işə qəbul olunur. Misal olaraq deyim ki, belə bir proqramın icrası zamanı yerli məşğulluqidarələrinin təqdimatı əsasında SOCAR-ın strukturlaına on minədək aztəminatlı insan müvəqqəti işlə təmin olunub. Necə deyərlər, burada da hansısa qaydalara və prinsiplərə riayət olunub.  Məşğulluq idarlərində qeydiyyatda olan insanlar işlə təmin olunub. Onu da deyim ki, bu işə qəbul olunanların bir qismi sonradan test qaydasına imtahan verərək daimi olaraq SOCAR-da işə qəbul olunublar. Çünki bu insanlar işlədiyi müddətdə bir sıra peşələrə yiyələniblər və bu da onlara test zamanı üstünlüklər qazandırıb. Bu insanlar müsabiqədən daha asan keçirlər." 

0 Komment

    Şərh yazın

    Xəbərlər