Milli Mühasiblər Forumunda audit yoxlamalarına CİDDİ ETİRAZ

Milli Mühasiblər Forumunda audit yoxlamalarına CİDDİ ETİRAZ

28-29 aprel 2018-ci il tarixlərində keçirilən, mks.az saytının media tərəfdaşı olan Milli Mühasiblər Forumunun sessiyalarında baş verən maraqlı məqamları təqdim edirik

Tanınmış mütəxəssis, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse prezidenti Radil Fətullayevin "Kommersiya qurumlarında mühasibat uçotunun problemləri təşkilatlarında yeni hesablar planının tətbiqi ilə bağlı ümumi problemlər" təqdimatı zamanı maraqlı anlar yaşanıb. Radil müəllim təqdimat zamanı bildirib ki, mühasiblər üçün yaxın zamanlarda keçirilən seminar zamanı apardığı sorğu zamanı məlum olub ki, iştirak edən 100-ə yaxın mühasiblərin təxminən ... 10 -20 faiz-i hesablar planını tətbiq edir. Sorğu zamanı iştirakçıların bəziləri bu halın yaranma səbəb kimi mühasiblərin vergi orqanlarının cərimə və sanksiyalarına görə yalnız vergi uçotu tətbiq etməsində görüblər.


Bu məsələ ilə bağlı sessiyasının “sual-cavab” bölməsində söz alan keçmiş vergi işçisi, Sumqayıt Dövlət Universtitetinin müəllimi kimi çalışan iştirakçı audit yoxlamaların keyfiyyətindən narazılıq edib: “Sessiya zamanı mühasibatlıq üzrə cərimələrin tətbiqi haqqında danışılır. Amma bu sessiyada bir nəfər təlimçilərdən soruşmadı ki, müəssisənin audit yoxlamasının nəticəsi olaraq müsbət rəy verildikdən sonra necə olur ki, vergi orqanlarının yoxlaması zamanı maliyyə sanksiyası tətbiq edilir. Bu cür hallar baş verirsə, o zaman audit yoxlaması sahibkarın nəyinə lazımdır...”

Bu məsələ ilə bağlı münasibət bildirən təlimçi, Embawood Groupun maliyyə direktoru, idarə heyətinin üzvü Xalid Kərimli audit yoxlamasının zəruriliyi iştirakçıların diqqətinə çatdırıb: “İdeal maliyyə hesabatların hazırladığı zaman, nüfuzlu audit şirkətləri də müsbət audit rəyi verir. Lakin bu o anlama gəlməməlidir ki, müsbət audit rəyi verilən şirkətinə vergi orqanları cərimə yaza bilməz. Audit ilə vergi yoxlamasının məqsədi və məramı fərqlidir. Audit yoxlamasının məqsədi maliyyə hesabatlarının ədalətli təqdimatı təmin etməkdir. Ədalətli təqdimat dedikdə, təşkilatın gəlir və xərclərini düzgün əks etdirilməsi deməkdir. Kənar auditin məqsədi nə fırıldaqçılığı nə də vergidən yayınmanı müəyyən etməkdir.”


Digər iştirakçı, Bakı Mühəndislik Universtitetinin prorektoru da bəzi auditorların fəaliyyətindən narazı olduğunu bildirib: “Audit şirkəti audit yoxlamasını zamanı sahibkarın vergidən yayınma risklərini müəyyən etmirsə, o zaman o qədər ödəniş etməyin nə mənası var... Sahibkar kimi onu dəvət etməyimin məqsədi kənar “göz”lə təşkilatın vergi və mühasibat uçotunu necə düzgün aparılmasını müəyyən etməkdir. Audit yoxlamaların nəticəsi olaraq, belə alınır ki, sahibkar auditora ödəniş verir ki, hazırladığı maliyyə hesabatlarını sadəcə təsdiq etsin.”

Bakı Mühəndislik Universtitetinin prorektoru digər müəllim həmkarına öz dəstəyini göstərib: “Məndən öncə çıxış edən həmkarım düzgün qeyd edir. Bəlkə sahibkarın maliyyə savadlığı yoxdur, o səbəbdən də ilkin sənədləri və hesabatları auditor şirkətinə təqdim edirik ki, sənədləri yoxlayıb vergidən yayınmanı müəyyən etsin.”
Bu məsələ ilə bağlı, Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev bildirib ki, sahibkar auditin təyinatına uyğun olaraq vergi və ya maliyyə fəaliyyətinin auditi həyata keçirə bilər: "Vergi audit zamanı artıq audit şirkəti ilə bağlanan müqavilədə mütləq göstərilməlidir ki, vergi hesabatlılığı da yoxlayaraq vergidən yayınma risklərini müəyyənləşdiriləcək."

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər