Vergilər Nazirliyindən əmanətlərdən gəlir vergisinə cəlb olunmasının misalla izahı

Vergilər Nazirliyindən əmanətlərdən gəlir vergisinə cəlb olunmasının misalla izahı

2014-ci ilin iyun ayında banka yerləşdirilən əmanətdən gəlir verigsi necə ödənilməlidir?
 
Sual: Zəhmət olmasa, bizə fiziki şəxslərin depozitləri üzrə əmanətləri üzrə hesablanmış faizlərdən 10 faiz miqdarında faiz hansı düstura əsasən və ya necə hesablanacağı barədə məlumat verərdiniz.
Vəfa Qurbanova
Cavab: Bildiririk ki, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə 31 dekabr 2014-cü il tarixədək hesablanmış faizlərdən ödəmə mənbəyində vergi tutulmur.
2015-ci ildə hesablanmış faizlərin illik məbləği 500 manat güzəşt tətbiq edilməklə ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb olunur.
Fiziki şəxs yerli banka 2014-cü ilin iyun ayında əmanət yerləşdirir. 2015-ci ilin iyun ayında bank tərəfindən əmanət üzrə 2000 manat faiz gəlirləri ödənməlidir. Faizin 1000 manatı 2014-ci ilə, 1000 manatı isə 2015-ci ilə görə hesablanmışdır. Bu halda 2014-cü ilə aid olan 1000 manata və 2015-ci ilə aid olan 1000 manatın 500 manatına vergi hesablanmır, yerdə qalan 500 manatdan isə 10 faiz dərəcə ilə vergi tutulur ((2000-1000-500)* 10%).
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

Yoxlamalar 2013                                                
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın

    Xəbərlər