Təhsil müddətinin əmək pensiyasında nəzərə alınması ilə bağlı DSMF və ekspertimizin mövqeyi

Təhsil müddətinin əmək pensiyasında nəzərə alınması ilə bağlı DSMF və ekspertimizin mövqeyi

"MK" jurnalının eksperti, sərbəst auditor Altay Cəfərovdan bu məsələ ilə bağlı izahlı cavab
 
 
Sual: DSMF-ə təhsil müddətimin iş stajıma əlavə olunması ilə bağlı müraciət etdim və aşağıdakı cavabı aldım.
Sizdən xahiş edirəm bu məsələni araşdırmaqda mənə kömək edəsiniz
 
Arif Bağırov
 
Salam hörmətli cənablar,
Mən e-gov.az portalından (DSMF hissəsində) mənə məxsus olan 402196800615 №-li dövlət sosial sığorta kart üzrə 2006-cı ilə qədər olan iş stajım haqqında məlumatı əldə etdim.
Orda mənim 2006-cı ilə qədər iş stajım 17 il 1 ay göstərilib. Mən bu məlumatı müəssisəmizdə olan  “ staj proqramı”  ilə tutuşdurdum.
Və gördüm ki mənim iş stajıma 4 il 9 ay təhsil müddətim ( 01.09.1989-01.06.1994 ) əlavə olunmayıb.
Hüquqşünaslar bunun düzgün olmadığını bildirirlər.
 
Sizdən xahiş edirəm bu məsələyə aydınlıq gətirəsiniz.
  Hörmətlə, Arif Bağırov
  
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş müraciətinizə Fondun Əmək pensiyaları şöbəsində baxılmışdır.
       Bildiririk ki, sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri  “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsilə tənzimlənir. Həmin maddədə əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır.
       Nəzərə almağınızı xahiş edirəm.
 
Aparatın rəhbəri vəzifəsini
       müvvəqqəti icra edən                                                                 Ş. Quliyev
 
Cavab: Bu kimi suallarla bağlı müəyyən fikirlərimi bildirmişəm. Daha doğrusu, oxucular əmək stajı ilə sığorta stajının fərqləri barəsində aydınlıq gətirməmi istəyiblər.
Amma sizin sualınız bir az başqa haldır. Fikirləşirəm ki, DSMF-in sizə verdiyi cavab düzgündür. Bəli təhsil müddəti "Əmək pensiyaları haqqında" qanunun 21-ci maddəsində nəzərdə tutulmamışdır.
Burada DSMF-in vəzifəli şəxsləri yaxşı olardı ki, bir az da geniş açıqlama verəydilər. 21-ci maddə sosial sığorta stajına daxil olan dövrləri əks etdirir. Həmin maddədə təhsil müddəti yoxdur, ona görə də əmək pensiyası hesablanan zamanı bu hal nəzərə alınmır.
Sual olunur: axı, 01.01.2006-cı ilə kimi olan dövrdə sosial sığorta stajı anlayışı yox idi. Həmin dövrdə iş stajı anlayışı vardı və həmin dövrün normativ aktlarına əsasən, ali təhsil müddəti iş stajına daxil edilirdi. Bəs, 2006-cı ildən sonra əmək pensiyasına çıxan vətəndaların bu dövrünün aqibəti necə olur?
2006-ci ildən sonrakı müddətdə ancaq sığorta kartına (SSN) yığılmış pensiya kapitalı nəzərə alınır. Burada artıq sığorta stajı anlayışı yoxdur. Sığorta yığımı kimi nə yığılıbsa, həmin məbləğ pensiya hesablanan zaman nəzərə alınacaq. Bəs, 01.01.2006-ci ilə kimi olan dövr necə olacaq.
Bu sual;n cavabı həmin qanunda nəzərdə tutulmuşdur.
Maddə 27. Qanunun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması
27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stacının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stacı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.
27.2. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stacına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stacının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stacı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır.
27.3. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stacına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür.
Qanunun bu maddəsində 01.01.2006-ci ilə kimi olan dövr üçün artıq iş stajı yox, yenə də  sığorta stajı nəzərə alınır. Ola bilsin ki, sizin 17 il iş stajınız var, amma bunun 4 il 9 ayı təhsil muddətidir. Bu müddət əmək pensiyası hesablanan zaman çıxılacaq.
 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

                                                                                           

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər