Aliment hansı gəlirdən tutulur?

Aliment hansı gəlirdən tutulur?

Sual: Salam. Sizə bir vacib sualim var əgər mümkünsə tez  zamanda cavablandırardınız işçidən

aliment tutularkən məzuniyyətdən və ya məzuniyyətə görə ödənilmiş kompensasiyadan da

aliment tutulur?  misal üçün əmək haqqı 500 m məzuniyyət gününə görə isə 200 m  ( İişdən çıxdığı üçün ) bu zaman aliment nece tutulur?

 

Nazirlər Kabinetinin 98 saylı “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” qərarına əsasən, Uşaqlar üçün aliment valideynlərinin manat və xarici valyuta ilə aldıqları əmək haqqından və (və ya) aşağıdakı başqa gəlir növlərindən tutulur:

1.1. Əmək müqaviləsi (kontraktı) üzrə işləyən işçilərə (əvəzçilik də daxil edilməklə) ödənilə bilən əmək haqqından, o cümlədən:

§ pul və ya natura ilə ödənilən tarif (vəzifə) maaşlarından, vaxtamuzd və işəmuzd qiymətlər və əməyin ödənilməsinin digər sistemləri üzrə əmək haqlarından;

§ pul və ya natura ilə əmək haqqına olan bütün növ əlavələrdən;

§ pul və natura ilə verilən mükafatlardan;

§ iş vaxtından artıq vaxtda görülən işə görə, habelə istirahət və iş günü hesab edilməyən bayram günlərində, eləcə də ümumxalq hüzn günündə görülən işə görə pul və ya natura ilə verilən əmək haqqından;

§ işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarını yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələrdən;

§ müvəqqəti əvəzetməyə görə ödəmədən;

§ qanunvericiliklə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda ödənilən haqdan;

§ qanunvericiliklə məzuniyyət dövründə saxlanılan orta əmək haqqından, habelə əmək müqaviləsinin ləğvi ilə əlaqədar işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul və ya natura ilə ödənilən pul əvəzindən;

§ xidmət illərinə görə işçiyə pul və ya natura ilə verilən birdəfəlik mükafatlardan;

§ il ərzində işin yekunlarına görə işçiyə pul və ya natura ilə verilən mükafatdan;

§ əmək müqaviləsinə xitam verilərkən ödənilən işdənçıxarma müavinətindən və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqından;

§ qəzet, curnal, nəşriyyat, radio və televiziya, informasiya agentliklərinin ştatlarında olan ədəbi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlardan, daimi xarakter daşıyan müəlliflik artist qonorarlarından və quruluş haqqından.

1.2. Qanunvericiliklə müəyyənləşdirilmiş digər gəlirlərdən, o cümlədən:

§ məcburi dövlət sosial sığorta ödəmələrinə aid edilən müavinətlərdən və sosial müavinətlərdən (dəfn üçün müavinət istisna olmaqla);

§ istehsalatda əmək xəsarəti ilə əlaqədar əmək qabiliyyətini itirmiş şəxslərə dəymiş zərərə görə ödənilən ödənclərdən;

§ faktiki alınan pensiyadan;

§ ali və orta ixtisas məktəblərində və kurslarda oxuyan müddətdə alınan təqaüdlərdən;

§ aliment ödəyənin həyətyanı sahəsindən və yardımçı təsərrüfatından əldə etdiyi gəlirdəki payından;

§ işsizlik müavinətindən.

1.3. Fiziki şəxsin sahibkarlıq fəaliyyətindən, habelə ailə kəndli təsərrüfatından əldə etdiyi xalis gəlirdən.

1.4. Mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələrdən.

3 Komment

  1. Nizami 16 May 2019

    Axşamınız xeyir. Xahiş edirəm ki buna aydınlıq gətirəsiniz ki, dövlət qulluğunda işləyənlərin dövlət bayramlarına görə kollektiv surətdə mükafatlandırdıqları məbləğlər də alimentin məbləğinə daxildirmi və ya yox. 2-ci sualım isə bundan ibarətdir ki, aliment ödəyənin bu və ya digər şəkildə faktiki olaraq ödədiyi aliment məbləğinin məhkəmə qərarı əsasında müəyyənləşdirilmiş məbləğdən çox olduğunu iddia edərək növbəti aylara görə aliment məbləğlərinin həcmindən artıq hesab etdiyi məbləği çıxmaq hüququ vardırmı ? Əvvəlcədən minnətdarlığımı bildirirəm.

  2. Seva 13 Avqust 2020

    Bu yeni qanundu 2001 de cixan basqsdir axi

  3. Emin 02 Dekabr 2020

    Xahiş edirəm cavablandırın.2 grupp əlilliyə görə alınan pensiyadan aliment məcburi tutulurmu?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər