Icarə haqqı hesablandıqda yoxsa ödənildikdə vergi tutulmalıdır?

Icarə haqqı hesablandıqda yoxsa ödənildikdə vergi tutulmalıdır?

Sual: İcarədarla bağladığımız icarə müqaviləsinə əsasaən aylıq 500 manat icarə haqqı hesablanır. Dekabr ayında 3 aylıq icarə haqqı əvvəlcədən ödənilib. İcarə haqqının vergisi - 210 manat (500x14%x3) ödəmə mənbəyindən tutulub və dövlət büdcəsinə ödənilib. Yanvar ayının sonunda müqavilə qarşılıqlı razılaşma əsasında pozulub, artıq fevral ayında həmin ofisdən istifadə etməyəcəyik. Mən 4-cü rüb üzrə icarə haqından ödədəyim vergiyə görə hesabat vermişəm. İndi həmin 70 manatı necə digər ödəmələrə daxil edim? Ödəmə mənbəyindən tutulan vergi bəyannaməsində hüquqi şəxslərə ödənilən icarə haqqı haqqında məlumat istənilir. Axı, biz ona görə vergi ödəmirik. Bu məlumatlar nə üçün istənilir?

Əli Quliyev

Cavab: Siz düzgün olaraq icarə haqqını əvvəlcədən ödədiyinizə görə ödəmə mənbəyində 14% vergi tutumusunuz. Yəni Vergi Məcəlləsində icarə haqqının ödənişi anında verginin ödənilməsi nəzərdə tutulur. Yəni, Məcəllədə icarə haqqının avans və ya sonradan ödənilməsi anı qeyd olunmayıb. Fevral ayında siz icarə əməliyyatlarını dayandırmısınızsa, onda qarşı tərəfdən fevral ayı üçün ödədiyiniz 500-70=430 manatı tələb edə bilərsiniz. Qaldı 70 manatlıq vergiyə, o məsələ 87-ci maddəyə əsasən tənzimlənir.

Maddə 87. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması

87.1. Vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər:

87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir;

87.1.2. vergi ödəyicisinin razılığıilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.

Buradan görünür ki, siz ödəmə mənbəyindən ödənilmiş artıq vergini digər vergilərin hesabına aid edə bilərsiniz. Yəni tutaq ki, həmin dövr üçün muzdlu işdən yananan gəlir vergisinə görə borcunuzu bağlaya bilərsiniz. Əgər bunu da istəməsəniz, onda Məcəllənin digər maddələrinə uyğun olaraq müvafiq qaydalarla uzun bir müddət ərzində xəzinədarlıqdan geri ala bilərsiniz. Bu proses başqadır.

Qaldı bəyannamədə hüquqi şəxslər haqqında məlumatlar məsələsinə, bu ancaq məlumat xarakterlidir. Yəni, vergi orqanları bu məlumatlardan yararlanırlar.

0 Komment

    Şərh yazın

    Xəbərlər