Qanunvericiliklə hansı tələbənin işləyib pul qazanmasına icazə verilir?

Qanunvericiliklə hansı tələbənin işləyib pul qazanmasına icazə verilir?

Sual: Salam! Sizi yenə Universitetdən narahat edirik. Zəhmət olmasa, bizə deyə bilərsinizmi, hansı növ təhsil alan tələbələr işləyə bilər. Əmək qanunvericiliyi magistr, aspirantura və doktorantura təhsili alan tələbələrə işləməyə icazə verirmi? Oxuya-oxuya elmi pedaqoji fəaliyyətlə məşğul olmağa (yəni, universitetdə işləməyə) icazə verilirmi?

Hörmətlə, Ədalət Mikayılov

Cavab: Əmək Məcəlləsində tələbələrin işləyib-işləməməsi haqqında heç bir məlumata rast gəlməmişəm. Bir məqamı nəzərinizə çatdırım ki, Əmək Məcəlləsində tam və natamam iş vaxtı və həmçinin əsas və əlavə iş yerləri kimi anlayışlar var. Məsələn, tələbə günün birinci yarısında dərsdə ola, günün ikinci yarısında isə hansısa təşkilatda 2 saat, 3 saat və ya 4 saat işləyə bilər. Buna heç bir məhduduiyyət yoxdur və mən təcrübədə belə hallarla çox qarşılaşmışam.

 

1 Komment

  1. Xəyalə 30 Yanvar 2023

    Salam men magistratura telebesiyem ve sizden soruşmaq istediyim odur ki derslerim saat 6'da başladığı üçün men günün birinci yarısı kursda müellime olaraq fealiyyet gösterirem. Yanvar ayı universitetdə imtahan erefesi olduğu üçün müeyyen günler iş yerinden tez çıxmalı ve imtahana getmeli oldum. Bununla elaqeli olaraq iş yerinden menfi reaksiyalarla üzleşdim. Soruşmaq istediyim bu qanuni cehetden düzdürmü? Onlar menim imtahanla elaqeli iş yerini tez terk etmeyimle bağlı mene gösterdikleri munasibetde haqlıdırlarmı?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər