Ezamiyyə haqqının hesablanmasının bütün variantlarının misalla izahı

Ezamiyyə haqqının hesablanmasının bütün variantlarının misalla izahı

Sual: Ezamiyyə haqqı ilə bağlı sual vermək istəyirəm. İşçimiz 5 günlük ezamiyyəyə gedib. 3 gün Şəki şəhərində və qalan 2 gün (1 gecə) olmaqla Gəncədə olub. Şəki şəhərində 2 gecə qalsa da,  yalnız 1 günün gecələmək qəbzini təqdim edib. Həmin qəbz 40 manatlıqdır. Zəhmət olmasa,  izah edərdiniz ki,  işçiyə nə qədər ezamiyyə  haqqı ödənilməlidir?
Öncədən təşəkkür edirəm.

Cavab: Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli «Ezamiyyə xərclərinin normaları haqqında» qərarı var. Həmin qərarda yazılıb:
1. Azərbaycan Respublikası­nın ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 45,0 manat müəyyən edilsin.
Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.

1-1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir.
Qaydalardan da tam aydın olur ki, ezamiyyəyə gedən Şəki şəhərində 3 gün olubsa, deməli, bir gün üçün 45 manat və 2 gün Gəncədə olduğuna görə isə hər gün üçün 50 manatdan ödənilməlidir. Bundan əlavə yeni qaydalara görə, mehmanxana xərclərinə sənəd tələb olunur və bu xərc gündəlik normanın 80%-ni təşkil edir. Şəkidə 45 manat * 80% = 36 manat, Gəncədə isə 50 manat * 80% = 40 manat mehmanxana xərci yaranır və bu məbləğlərə sənəd tələb olunur. Əgər sənəd təqdim olunmazsa, onda həmin məbləğlərin 50%-i ödənilməlidir. Bu halda Şəki üçün 36 manat * 50% = 18 manat, Gəncə üçün isə 40 manat * 50% = 20 manat mehmanxana xərci ödənilir.
Sizin təqdim etdiyiniz məlumatdan görünür ki, ezamiyyəyə gedən şəxs ancaq Şəki şəhərində olanda 1 günün mexmana xərcinin sənədəini təqdim edib və sənəd 36 manatlıq yox, 40 manatlıqdır. Belə olan halda ezamiyyə xərcləri aşağıdakı kimi olacaq:
Şəkidə  3 gün * (45 manat – 36 manat) = 3*9 = 27 manat (yemək xərci)
1 gün * (36 manat* 50%) = 1* 18 = 18 manat (sənədsiz günün mehmanxana xərci)
1 gün  * 36 manat= 36 manat (sənədi olan günün mehmanxana xərci)
CƏMİ: 27  manat + 18 manat + 36 manat = 81 manat
Gəncədə  2 gün * (50 manat – 40 manat) = 2*10 = 20 manat (yemək xərci)
2 gün * (40 manat* 50%) = 2* 20 = 40 manat (sənədsiz günün mehmanxana xərci)      
CƏMİ: 20  manat + 40 manat = 60 manat
Ezamiyyə xərclərinin YEKUNU:  81 manat + 60 manat = 141 manat
Əlavə olaraq bildirim ki, Şəkidə təqdim olunan sənədəki məbləğlə mehmanxana xərci norması arasında 40 manat -36 manat = 4 manat fərq var. Təşkilat rəhbərliyi qərara alsa ki, bu məbləği də ödəsin, onda 141 manat + 4 manat = 145 manat ezamiyyə xərci ödənilməlidir.

 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər