Vətəndaşın evinin icarə verməsində yaranan vergi öhdəliyinin bütün variantlarının izahı

Vətəndaşın evinin icarə verməsində yaranan vergi öhdəliyinin bütün variantlarının izahı

Sual: Salam, Sizə icarə haqqında sual vermək istəyirdim. Hazırda bildiyimiz kimi bəzi vətəndaşlar öz evlərini icarəyə verirlər. Bu qanuna uyğundurmu? Yəni, notarial qaydada bunlar rəsmiləşdirilməlidirmi,həmçinin icarəyə verən mülk sahibi buna görə vergi ödəməlidirmi? Əgər deyilənlərə əməl etmirsə, bu qanun pozuntusu hesab olunurmu, buna görə cərimə tədbirləri ola bilərmi? Xahiş edirəm bununla bağlı açıqlama verəsiniz. Öncədən təşəkkürlər.
Cavab: Daşınmaz əmlakla bağlı məsələlər əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir və həmin məcəllənin 146-cı maddəsində yazılıb:
Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi
146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində əqdlərin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır.
Deməli, siz evinizi kirayəyə, icarəyə verəndə notariat qaydasında müqavilə bağlamalısınız.Əgər mıqaviləni hüquqi şəxslərlə və fiziki şəxs sahibkarla (VÖEN-i olan) bağlasanız, sizin vergi orqanlarında uçota durmağınıza ehtiyac yoxdur. Ona görə ki, icarəyə götürən sizə ödəniləcək məbləğdən 14% vergi tutub ödəyəcək və bununla da vergi məsələləri həll olunur.
Bu zamanı vergi ohdəliyi icarəyə götürənin üzərində qalır. Amma kirayəyə və ya icarəyə götürən hər hansı vergi uçotunda olmayan fiziki şəxsdirsə, onda vergi öhdəliyi qalır sizin öhdəliyinizdə. Bu zaman siz vergi orqanında uçota durmalısınız, illik gəlir vergisi bəyənnaməsini verməlisiniz.

0 Komment

    Şərh yazın

    Xəbərlər