Qanunvericiliklə kimlər baş mühasib işləyə bilər?

Qanunvericiliklə kimlər baş mühasib işləyə bilər?

Sual: Salam, Altay müəllim. Mən Sumqayıt Dövlət Universitetinin Energetika fakültəsini bitirmişəm. Sonra zavodun mühasibatlığında 7 il operator vəzifəsində çalışaraq işçilərin əməkhaqqılarının hesablanması ilə məğul olmuşam. Hazırda özəl şirkətdə mühasib köməkçisi vəzifəsində çalışıram. Həmin şirkətdə işlədiyim müddət 3,5 ildir. Mən baş mühasib kimi işləyə bilərəmmi? Əvvəlcədən minətdaram.
Həmidova S.
Cavab: Maraqlı sualdır. Bildirim ki, yeni “Mühasibat uçotu haqqında” qanun qüvvəyə minənə kimi mühasibat uçotu haqqında əvvəlki qanun tətbiq olunurdu. Və köhnə qanunda yazılmışdı ki, 5 il mühasib stajı və ya bu sahə üzrə ali təhsili olan şəxslər baş mühasib işləyə bilər. Amma yeni qanun qüvvəyə mindikdən sonra köhnə qanun qüvvədən düşdü və artıq onun tələbləri tətbiq olunmur. Odur ki, Siz baş mühasib kimi işəyib-işləməmək qabiliyyətinizi özünüz müəyyənləşdirməlisiniz.

Sizin baş mühasibə aid bilikləriniz, bacarıqlarınız kifayət edirsə, deməli işləyə bilərsiniz. Belə məsələləri artıq işçi və işəgötürən özləri həll edirlər. Ola bilər ki, işçinin 15 il mühasib stajı var, amma bilik və bacarıqları baş mühasib işləməyə imkan vermir. Əlbəttə ki, bu işçini işə qəbul edəndə işəgötürən onun əmək stajını yox, biliyini qiymətləndirəcək. Yaxud ola bilər ki, işçinin 1-2 il mühasib stajı var, amma baş mühasibə aid olan bütün bilikləri mükəmməl bilir. Bu halda işəgötürən onu baş mühasib təyin edəcək. Sonda bir daha bildirim ki, qanunvericilikdə baş mühasib işləmək üçün staj rol oynamır. Əsas odur ki, işi biləsiniz.

 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər