Əmək məzuniyyətlərinin verilməsi növbəliyi cədvəli tərtib edərkən nələri diqqətdə saxlamaq lazımdır?

Əmək məzuniyyətlərinin verilməsi növbəliyi cədvəli tərtib edərkən nələri diqqətdə saxlamaq lazımdır?

Məsləhət görərdik ki, işəgötürən və işçilər arasında narazılıq olmaması üçün əmək məzuniyyətlərinin verilməsi növbəliyi cədvəli tərtib olunandan sonra işçilər bununla tanış edilsin. Çünki təcrübədə belə narazılıqlar çox olur. Adətən, işçilər istəyirlər ki, yay aylarında əmək məzuniyyətinə çıxsınlar, amma çox vaxt bu mümkün olmur və sonda narazılıq baş yaranır. Belə çıxmasın ki, bütün işçilərə əmək məzuniyyətinin verilməsinin növbəliliyi işəgötürəndən asılıdır. Bu, belə deyil. Aşağıdakı işçilər arzularına uyğun, əlverişli vaxtda əmək məzuniyyətindən istifadə edə bilərlər:

- 14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlar;
- 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideyn və ya qəyyum;
- Hərbi qulluqçunun arvadı (əri);
- Əlillər;
- Müharibə veteranları;
- Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslər;
- Yaşı on səkkizdən aşağı olan işçilər;
- İşləməklə yanaşı təhsil alan şəxslər;
- Bu Məcəllənin 120-ci maddəsində göstərilən Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilər.
Müəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilir.
 

 

 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın

    Xəbərlər