Cümə, 16 Fevral 2018 07:46

Gəlirdən çıxılan xərclərlə bağlı AKTUAL SUAL

Bəzən olur ki, mal göndərənlərin nümayəndələri malların satışının təşkili və müəyyən məlumatların təqdim edilməsi ilə bağlı dəvət olunur və onların otel xərcləri, restoranlarda yemək xərcləri firma tərəfindən qarşılanır. Bu xərclərin gəlirdən çıxılmasına yol verilirmi?
 
Sual: Firma malların xaricdən alınıb gətirilməsi ilə məşğul olur. Bəzən olur ki, mal göndərənlərin nümayəndələri malların satışının təşkili və müəyyən məlumatların təqdim edilməsi ilə bağlı dəvət olunur və onların otel xərcləri, restoranlarda yemək xərcləri firma tərəfindən qarşılanır. Bu xərclərin gəlirdən çıxılmasına yol verilirmi? Əgər verilirsə hansı formada olmalıdır? Bəzi restoranlar elektron qaimə göndərə bilmədiklərini söyləyirlər və ödəməni nağd şəkildə tələb edirlər. 
 
Taleh Bədəlov, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., Bakı  (07.02.2018, ID: 16578)
Cavab: Bildiririk ki, sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin bu cür fəaliyyət çərçivəsində çəkilən əyləncə və sosial xərcləri istisna olmaqla əyləncə və yemək xərclərinin (Nazirlər Kabinetinin 04.06.2007-ci il tarixli 89 nömrəli qərarı müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.
Qeyd edilənlərə əsasən mal göndərənlərin nümayəndələri üçün ödənilmiş mehmanxana və yemək xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Şərh yazın