Səhifəni çap et
Bazar ertəsi, 07 Dekabr 2020 07:19

Diqqət! Əmək Məcəlləsinə Zəfər və Anım Günü ilə bağlı dəyişiklik

Əmək Məcəlləsinə təklif edilən 106.1 maddəyə (Azərbaycan Respublikasında Anım Günü) əsasən, hər il sentyabrın 27-i Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq.

Əmək Məcəlləsinə Azərbaycan Respublikasında Zəfər Günü ilə bağlı da dəyişiklik ediləcək.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sabah videkonfrans formatında keçiriləcək iclasının gündəliyinə bu barədə də qanun layihəsi daxil edilib.

Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq.

Qeyd edək ki, qanun layihələri Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2 dekabr və “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamlarından irəli gəlir.

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA