Çərşənbə, 22 İyul 2020 09:23

ŞAD XƏBƏR! Fərdi sahibkarlar vahid bəyannaməni təqdim edə bilərlər

Xəbər verdiyimiz kimi, Dövlət Vergi Xidməti hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ndə "Sosial Sığorta" haqqında AR Qanununa edilən dəyişikliklərin nəzərə alınması üçün texniki proseslər həyata keçirirdi. Dövlət Vergi Xidməti məsələ ilə bağlı açıqlamasında bildirmişdi ki, texniki problem tezliklə aradan qaldırılacaq: "Dövlət Vergi Xidməti bu prosesi qısa bir zaman çərçivəsində həll edəcəyini bildirir və vergi ödəyicilərinin nəzərinə çatdırır ki, hesabatları son tarixə təqdim edə bilməyən vergi ödəyicilərinə qarşı maliyyə sanksiyaları tətbiq edilməyəcəkdir."
Texniki proses başa çatdığı üçün fərdi sahibkarlar artıq vahid bəyannaməni təqdim etmək imkanına malikdir. Mks.az saytı olaraq fərdi sahibkarların vahid bəyannamə təqdim edilməsi üçün son müddətin hansı tarix olacağını müəyyənləşdirməyə çalışacıyıq.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda

 

Şərh yazın