İcaze.e-gov.az portalında icazələrin ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMA

İcaze.e-gov.az portalında icazələrin ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMA

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.

Öncədən bir neçə dəfə xəbərdarlıq edildiyi kimi icaze.e-gov.az sistemi vasitəsi ilə müvafiq Qərara uyğun olmayan icazələrin bir hissəsinin portalda ləğvi həyata keçirilib. Belə ki, Nazirlər Kabinetinin müvafiq Qərarında fəaliyyətinə icazə verilən sahələr arasında olmayan və İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunmuş qurumların icazəsi ləğv edilib. Həmin qurumlar, həmçinin sistemə yeni icazə daxil edə bilməz.

Bir daha fəaliyyətinə icazə verilən sahələrdən xahiş olunur ki, icaze.e-gov.az portalına daxil olmaqla onlara aid məlumatların müvafiq Qərara uyğun tənzimləməsini həyata keçirsinlər. Çünki sistemdə nəzərdə tutulan həddi aşan icazələrin ləğvi davam edəcək.

İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallarla bağlı hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilər.

İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzi 195

Mənbə: AsanRadio

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşrini

GƏLƏN HƏFTƏDƏN SATIŞDA

 

 
 
 
 

1 Komment

  1. DAMED FETDAYEV 05 İyul 2020

    KEND TESERUFFATİ MALLARİN İDXAL İXRACİ TOPDAN SATİSİ İLE MESQUL OLANLAR HANSİ FEALİYET NOVU İLE QEYDİYATDAN KECSİN

Şərh yazın

Xəbərlər