Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov məcburi auditdən keçmənin vəziyyətinin aşağı səviyyədə olmasını bildirib: "Son günlərdə kütləvi informasiya vasitələrində dərc edilmiş məcburi audit subyektlərinin auditdən keçməsi ilə əlaqədar istər Maliyyə Nazirliyinin internet saytındakı müraciətində, istərsə də iqtisadi ekspertlərin bu məsələ ilə əlaqədar təhlili bir daha sübut edir ki, ölkə qanunvericiliyinə görə öz maliyyə hesabatlarını müstəqil auditor rəyi ilə birlikdə dərc etdirməli olan, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda məcburi auditdən keçməli olan təsərrüfat subyektləri bir çox hallarda qanuna əməl etmirlər. Bunun da nəticəsində auditdən keçmənin vəziyyəti aşağı səviyyədə qalmaqda davam edir."