Cümə axşamı, 02 Aprel 2020 17:19

Baş Nazirin qərarı ilə fəaliyyətinə icazə verilən istiqamətlər (SİYAHI)

 Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun imzaladığı  30 mart 2020-ci il tarixli və 120 saylı qərara əsasən, 31 mart - 20 aprel 2020-ci il tarixlərdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir:

4.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən siyahısı müəyyənləşdirilən dövlət orqanları və təşkilatları;

4.2. səhiyyə və sosial sahə üzrə:

4.2.1. elmi-tədqiqat və laborator xidmətləri;

4.2.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;

4.2.3. baytarlıq xidmətləri;

4.2.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;

4.2.5. sosial xidmətlər;

4.2.6. əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.

4.3. infrastruktur sahəsi üzrə:

4.3.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);

4.3.2. elektrik enerjisinin istehsalı və təchizatı;

4.3.3. su təchizatı və meliorasiya;

4.3.4. telekommunikasiya və rabitə xidmətləri.

4.4. nəqliyyat və logistika sahəsi üzrə:

4.4.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;

4.4.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;

4.4.3. logistika xidmətləri;

4.4.4. ictimai nəqliyyat və taksi xidmətləri.

4.5. əsas istehsalat növləri:

4.5.1. müdafiə sənayesi məhsullarının istehsalı;

4.5.2. neft avadanlıqlarının və qurğularının istehsalı;

4.5.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;

4.5.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

4.5.5. kimyəvi məhsulların istehsalı;

4.5.6. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;

4.5.7. əkinçilik və məhsul yığımı;

4.5.8. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

4.5.9. neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;

4.5.10. metallurgiya sənayesi üzrə fəaliyyət;

4.5.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

4.5.12. mühəndislik və layihələndirmə xidmətləri;

4.5.13. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;

4.5.14. qablaşdırma məhsullarının istehsalı;

4.5.15. daş, metal və taxta məhsullarının istehsalı;

4.5.16. mebel istehsalı və təmiri;

4.5.17. diri heyvanların kəsimi.

4.6. pərakəndə və topdan satış üzrə:

4.6.1. ərzaq məhsullarının satış məntəqələri;

4.6.2. apteklər;

4.6.3. yanacaqdoldurma məntəqələri;

4.6.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

4.6.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri.

4.7. məişət xidmətləri üzrə:

4.7.1. məişət tullantılarının yığılması və utilizasiyası;

4.7.2. poçt xidmətləri;

4.7.3. kimyəvi təmizləmə;

4.7.4. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

4.7.5. avtomobillərin təmiri;

4.7.6. avtomobillərin yuyulması məntəqələri;

4.7.7. tərcümə xidmətləri;

4.7.8. heyvan sığınacaqları;

4.7.9. dizayn xidmətləri.

4.8. kütləvi informasiya vasitələri.

4.9. maliyyə təşkilatları üzrə:

4.9.1. banklar, bank olmayan kredit təşkilatları;

4.9.2. investisiya şirkətləri, fond birjaları;

4.9.3. sığorta təşkilatları;

4.9.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.

4.10. xüsusi xidmət növləri üzrə:

4.10.1. çatdırılma xidmətləri;

4.10.2. məişət avadanlıqlarının təmiri;

4.10.3. dezinfeksiya xidmətləri.

4.11. vəkillik fəaliyyəti.

 

Şərh yazın