Çərşənbə axşamı, 24 Dekabr 2019 10:09

Təhsil Naziri müəllimlərin qeyri-iş günü ilə bağlı açıqlama

“Nazirlər Kabinetinin qərarına uyğun olaraq bu həftənin şənbə və bazar günü təhsil məktəblərində tədris davamiyyəti təmin ediləcək”. Bunu jurnalistlərə açıqlamasında Təhsil Naziri Ceyhun Bayramov deyib. O xatırladıb ki, Nazirlər Kabineti tərəfindən müvafiq istirahət günlərinin davamlılığını təmin etmək baxımından bu şənbə və bazar günləri iş günü elan edilib.

“Yanvar ayının 6-sı daxil olmaqla tətil günlərinin müddəti elan edilib”, - deyə nazir vurğulayıb. 

Qeyd edək ki, Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerlərinin dəyişdirilməsi barədə Qərarı izah edib. İzahda qeyd edilib ki, Qərara əsasən, vətəndaşlar dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-da istirahət etmək imkanı qazanacaqlar. Dekabrın 28 və 29-u isə iş günləri olacaq.

 
Mənbə: "APA"

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

 

 

Şərh yazın