
"Formula 1" Qran Prisi ilə əlaqədar bəzi təşkilatlar üçün 5 günlük TƏTİL elan edilib
Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar Hökumət Evində fəaliyyət göstərən nazirlik, komitə və digər dövlət müəssisələrinin əməkdaşları tətilə buraxılacaqlar. Qeyd edək ki, Hökumət Evində İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət Nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və digər qurumlar yerləşir.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran Prisi aprelin 26-dan 28-nə qədər keçiriləcək. Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşir. Qran Pri həmin binanın qarşısından start götürəcək.
0 Komment
Şərh yazın