Cümə axşamı, 21 Fevral 2019 06:51

HR mütəxəssislər güclərini birləşdirir

Saytımıza insan resursları (HR) sahəsində çalışanlar üçün maraqlı məlumat daxil olub. Azərbaycanın HR sahəsində öz dəsti-xətlərilə seçilən Nərgiz Seyidzadə və Tural Məmmədov təsisçlərii olduqları yeni ictimai birlik yaratdıqlarını bəyan ediblər. “Azərbaycan İnsan Resursları Assosiasiyası” (AİRA) İctimai Birliyi adlanan qurum HR sahəsində çalışanlara dəstək göstərmək məqsədi ilə yaradılıb.
Təşkilatın təsisçiləri yaxın zamanlarda üzvlük məsələləsi də daxil olmaqla, həmkarlarımızı maraqlandıran bütün suallara aydınlıq gətirəcəklərinə söz veriblər.

"KARGÜZARLIQ A:dan Z-yə" kitabı satışda

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın