Vergilər Nazirliyinin yüksək ranqlı məmuru işdən azad edildi

Vergilər Nazirliyinin yüksək ranqlı məmuru işdən azad edildi

Vergilər naziri Mikayıl Cabbarov Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru Cəbrayılov Fərid Zəbiyulla oğlunu tutduğu vəzifədən azad edib.  “Qafqazinfo”nun verdiyi məlumata görə, nazir bununla bağlı müvafiq əmr imzalayıb. Sözügedən vəzifənin icrasını isə nazir müavini İlkin Vəliyev müvəqqəti icra edir. 

Xəbəri Vergilər Nazirliyindən sayta təsdiqləyiblər.   İşdən çıxarılan F. Cəbrayılov sabiq vergilər naziri Fazil Məmmədovun yaxın kadrı olub. 

Qeyd edək ki, Fərid Cəbrayılov faciəvi şəkildə həyatını itirən alpinist Fəridə Cəbrayılzadənin qardaşıdır.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər